AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 3 » İstintaq Təcridxanasında nikah bağlandı
10:56
İstintaq Təcridxanasında nikah bağlandı
Tarix:25.12.2013
Azərbaycan Prezidenti İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı nəticəsində əhalinin həssas təbəqələrindən olan təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunmasının təmin edilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Bu məqsədlə mühüm yeni qanunlar qəbul olunur, məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə tam şərait yaradılır. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında nikah mərasimi keçirilmişdir.

Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan vətəndaşı Xaçmaz rayon sakini Dilşad Osmanovanın nikahları bağlanılmışdır. Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı Nikah Evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınmışdır.

Sümer Yaşar Yücel və Dilşad Osmanova nikahın bağlanılmasında yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədova minnətdarlıqlarını çatdırmışlar.

İnterpress.az
Просмотров: 550 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, Bakı İstintaq Təcridxanası, nigah, əcnabilər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0