Dərc olunub 04/06/2012, 16:33
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində Dövlət Məşğulluq və Sosial Təminat Xidmətlərinin rəsmiləri ilə
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi əməkdaşlarının
görüşü keçirilib.
İctimai
Birlikdən 525.az-a verilən məlumata görə, görüşdə məqsəd ABŞ səfirliyinin
dəstəyi ilə yaradılmış və keçmiş məhkumlara təmənnasız olaraq hüquqi, psixoloji
və sosial dəstək verən "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi”
ilə penitensiar müəssisələrdən azad olunanların sosial adaptasiyasına məsul
strukturlarla əlaqələndirilmənin yaradılması olub.
Görüşdə
çıxış edən təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, 5 il əvvəl
ölkəmizdə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında” qanun qəbul edilməsinə, bir sıra dövlət
proqramlarına bununla bağlı fəaliyyətlərin daxil edilməsinə, bu sahədə müəyyən
işlərin aparılmasına baxmayaraq, bu gün də keçmiş məhkumların cəmiyyətə
inteqrasiyası məsələsində müəyyən problemlər qalmaqdadır. Məhz bu səbəbdən
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi belə bir Mərkəzi
yaradıb.
Tədbirdə
keçmiş məhkumların cəmiyyətə inteqrasiya ilə bağlı qarşılaşdığı problemlər,
xüsusilə onların məşğulluq və sosial təminat məsələləri, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin bu sahədə gördüyü işlər barədə geniş müzakirələr
aparılıb. Qeyd edilib ki, "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək
Mərkəzi”nin keçmiş məhkumlar üçün zəruriliyi və bu təcrübənin "Penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası
haqqında” qanunun tələblərindən irəli gələn və gələcəkdə yaradılması nəzərdə
tutulan sosial adaptasiya mərkəzləri üçün faydalı olacaq. Bütün sahələrdə
olduğu kimi bu istiqamətdə də dövlət sektoru ilə ictimai sektorun birgə və
əlaqəli fəaliyyəti müsbət nəticələrin əldə olunmasına dəlalət edən başlıca
amillərdən biridir. Ölkəmizdə ildən- ilə təkmilləşən qanunvericilik bazasında
da bu əməkdaşlığın tədricən təsbit edilməsi, bu sıradan "Məşğulluq haqqında”
Qanununda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinə sosial müdafiəyə
xüsusi ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklərin
nümayəndələrinin də cəlb olunmasının göstərilməsi müsbət qiymətləndirilib.
http://525.az/sosial/article/372
|