Главная » 2012»Апрель»5 » Əli İnsanovun həbsxana rəhbərliyindən şikayətinə baxıldı
10:52
Əli İnsanovun həbsxana rəhbərliyindən şikayətinə baxıldı
Yeni Müsavat, 2011-11-16
Sabiq nazirin iddiası təmin edilmədi
Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə
naziri Əli İnsanovun birinci instansiya məhkəməsinin qərarından verdiyi
apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə,
prosesdə apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. Birinci instansiya məhkəməsinin qərarı
dəyişdirilməyib.
Qeyd
edək ki, Ə. İnsanov saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində vəkilləri ilə
görüşə şərait yaradılmadığını əsas gətirərək Ədliyyə Nazirliyi Penitensiar
Xidməti və 13 saylı cəzaçəkmə müəssisəsinə qarşı müdafiə hüququnun həyata
keçirilməsinə şərait yaradılması və hərəkətin qanunsuz hesab olunması barədə
iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə şikayət ərizəsini təmin etməyib. Həmin qərardan isə apelyasiya
şikayəti verib.
Xatırladaq ki, Ə. İnsanov Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan
məhrum edilib.