17 saylı həbsxanadan dəhşətli xəbərlər gəlib
<http://bizimyol.info/?sehife=1&xeber=13734#>
3/8/2013 [08:48]
17 saylı çəzaçəkmə müəssisəsində növbətçi bir neçə məhbusa ağır
işgəncə verib. Bu barədə əməkdaşımıza həmin məhbuslardan birinin
yaxını məlumat verib. O, işgəncə verənin və işgəncəyə məruz qalan
yaxınının adını açıqlamayıb. Mənbə buna məhbusun həyatına ola
biləcək təhlükə ilə izah edib.
Sözügedən hadisə iyul ayının 31-də baş verib. Məhbsular
yoldaşlarına qarşı ağır işgəncəyə etiraz əlaməti olaraq avqustun
1-i qidalanmaqdan imtina ediblər. Mənbə 17 saylı çəzaçəkmə
müəssisəsini ölüm yeri adlandırır. Onun sözlərinə görə, 1 ildə
burda 5 rəis dəyişib. Hazırda rəisi Elçin Əlicanovdur. Məhbuslar
bu rəisin də fəaliyyətindən narazıdır.
P.S. Məlumat əməkdaşımıza iş gününün sonunda verilidiyi üçün qarşı
tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Növbəti saymızda
xəbəri geniş araşdırmağa çalışacağıq.
*Ramid İBRAHİMOV*