22 December, 2014 16:56:00
http://penitensiar.justice.gov.az/xeberler/1469.html
22.12.2014-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin təqdim olunması münasibətilə tədbir keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Kadrlar idarəsinin rəisi ədliyyə polkovniki Zaur Əliyev, DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru polis mayoru Rəşad Hacıyev və 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Faris Abdullayev tərəfindən şəxsiyyət vəsiqələrini itirmiş, köhnə nümunəli SSRİ pasportu, 9 saylı formada arayış və ya vaxtı keçmiş vəsiqələri olan məhkumlara yeni şəxsiyyət vəsiqələri təqdim edilib.
4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi