22 aprel 2015-ci il tarixdə Müalicə müəssisəsində Penitensiar xidmətin Baş İdarəsinin məsul əməkdaşlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa mərkəzinin həkim-texnik briqadasının iştirakı ilə protezə ehtiyacı olan 18 nəfər məhkumun qəbulu və müayinələri həyata keçirilib, protezlə təmin olunmalı məhkumların protez ölçüləri götürülüb və bu məqsədlə müvafiq tədbirlərin görülməsinə başlanılıb.