Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Avropa.info-nun Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə istinadla verdiyi məlumata görə, 11 saylı CÇM-dəki məhkumların əl işləri ictimaiyyətə təqdim olunub. Məhbuslar müxtəlif növ işlərlə məşğul olaraq maraqlı əl işləri ərsəyə gətiriblər.