«Qanuni
oğru» ilə bağlı maraqlı məlumatlar
Sabah
"Masallı Mamed” ləqəbilə tanınan "qanuni oğru” Məmməd Hüseynovun
vəfatının ildönümüdür. Masallıdan aldığımız məlumata görə, rayon
camaatı "Masallı Mamed”in il mərasiminə ciddi hazırlıq görür.
Bildirilir ki, il mərasiminə Azərbaycanın müxtəlif bölgələrindən, o
cümlədən Rusiyadan yüzlərlə insanın gələcəyi gözlənilir. Mərasim
Masallının mərkəzində, "Cümə” məscidinin qarşısında keçirələcək.
Qəbirüstü ziyarət saat 14.00-a planlaşdırılır. Yeri gəlmişkən, artıq
"Masallı Mamed”in qəbirüstü abidəsi də hazırdır. Bu barədə qəzetimizin
ötən sayında da məlumat vermişidik. Bildirmişdik ki, "Masallı Mamed”
digər mərhum "qanuni oğru”lar "Lotu Bəxtiyar” və Sabirabadlı Hikmət"dən
fərqli olaraq ayaqüstə təsvir olunub. Həmçinin vurğulamışdıq ki,
"qanuni oğru” barədə "Masallı Mamed” adlı kitab nəşr olunub. Kitabda
onun bağlı xatirələr və oğru həyatı barədə faktlar əks olunub.
"Masallı Mamed” ötən il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada
dünyasını dəyişib.
Ilk
məhkumluq
1960-cı
ildə Masallıda anadan olan "qanuni oğru” ilk dəfə 17 yaşında məhkum
olunub. Bu məhkumluq "Masallı Mamed”in atası Isgəndər Hüseynova görə
baş verib. Univermaqda şöbə müdiri işləyən Isgəndər Hüseynovun xanım
işçilərindən biri polisinin şərinə tuş gəlib. Isgəndər Hüseynov qızı
həbsxanadan qurtarmaq üçün onun "təqsirini” öz üzərinə götürüb. Bu
məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed”
həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib.
Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının
sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə
görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb.
Bu
olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu
ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi
düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə
dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə
ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası Isgəndər Hüseynov oğlunun
güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.
Şuşa
"krıtısı”
Mamed
cəzasının 5 ilini çəkmək Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman
"Şuşa krıtısı” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır
şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı.
Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara
qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə
əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol
alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun
"Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu
həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir.
"Dağlı
Cavanşir”lə tanışlıq
Mamed
Qroznı həbsxanasına daxil olmamışdan qabaq onun sorağı buradakı
məhkumlara çatmışdı. Hər bir məhkum bilirdi ki, "Şuşa krıtısı”ndan
gələn bu gənc oğlan heç kimin qarşısında əyilməyən və haqqı müdafiə
edən bir şəxsdir. Bu həbsxanada cəza çəkənlərdən biri də mərhum "qanuni
oğru” "Dağlı Cavanşir” idi. O zaman "Dağlı Cavanşir” də hələ "qanuni
oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var
idi. Mamed buradə Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum
Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır.
Qapalı
həbsxanada cəzası bitdikdən sonra Mamed Rusiyadan Bakıya, 6 saylı
cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin
qanunlarına tabe olmayan Mamed yenidən Rusiya həbsxanalarına
göndərilir. Bu dəfə onun "evi” Voloqda şəhərindəki "Sentral” adlı
müvvəqqəti təcridaxana olur. Mamed bu təcridxanada kriminal qaydalar
tətbiq edir, "vəziyyət” yaradır. Buradan isə "Marosskaya Tşina” adlı
həbsxanaya göndərilir. Bu həbsxanada bir çox tanınmış "qanuni oğru”lar
"qonaq” olublar. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən
"Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların
sakitləşdirilməsində Mamedin böyük rolu olur. Bütün bunlar "qanuni
oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb
edir. Mamed məhkumlar arasındakı böyük nüfuzunu görən "qanuni oğru”lar
ona kriminal aləmin ən ali titulunu təklif edir. Lakin "qanuni oğru”
titulunun məsuliyyətini dərk eədərək bu təklifi qəbul etmir.
1993-cü
il: "Qanuni oğru” titulu
1992-ci
ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum
günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam
etdirir. 1993-cü ilin dekabrında Bakıdakı "Leyla” şadlıq evində "qanun
oğru”lar "Lotu Bəxtiyar”, "Sabirabadlı Hikmət”, "Dağlı Cavanşir”,
"Yetim Hüseyn”, "Ənvər Sovetski” və "Irəvanlı Faiq”in iştirakı ilə
Mamedə "qanuni oğru” titulu verilir. Bundan sonra "Masallı Mamed” daha
bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik
ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.
Bəzi
məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda
həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə
zəhər qatıb. Bundan sonra "Masallı Mamed”in səhhətində ciddi problemlər
yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını
dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə
zəhərləyərək öldürüblər.
Qeyd:
Yazıda AzərNurun "Masallı Mamed” kitabından istifadə olunub.
Namiq
http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=14681:masall-mamed-ilin-ciddi-hazrlq-gedir&catid=330:cmyyt1&Itemid=391
|