Главная » 2013»Июнь»12 » Milli Məclisdə Amnistiya Aktının müzakirəsi başlayıb
05:08
Milli Məclisdə Amnistiya Aktının müzakirəsi başlayıb
Çərşənbə Axşamı, 07 May 2013 13:46
Azərbaycan Milli Məclisində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illiyi münasibətilə Amnistiya Aktı müzakirə olunur. APA-nın
xəbərinə görə, Amnistiya Aktı haqqında qanun layihəsini Milli Məclisə ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
Əliyeva təqdim edir. Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az
ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına
çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik
yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın
suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak
etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma
torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər
azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Amnistiya Aktının həmçinin
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə
tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına
məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının
çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan
bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad
olunmaları təklif edilir. Layihəyə əsasən, Amnistiya Aktı təqribən 9 min şəxsə
şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması
gözlənilir.