Главная » 2014»Июль»26 » Odlu silah və sursat polis şöbəsinə təhvil verilmişdir.
14:27
Odlu silah və sursat polis şöbəsinə təhvil verilmişdir.
31 May, 2014 12:11:00
30 may 2014-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirtdiyi əməliyyat tədbirləri nəticəsində 09.07.1978-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı şəhəri, Xəqani küçəsi ev 23 ünvanında yaşamış, hazırda Abşeron rayon Polis şöbəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilərək həbsdə saxlanılan Cəfərov Ramil Ramiz oğlu tərəfindən cinayət törədərkən istifadə etdiyi və istintaqdan gizlətdiyi AB-221343 nömrəli “Makarov” tipli tapança, 3 ədəd 9 mm. kalibrli güllə təqdim edilmişdir.
Odlu silah və sursat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinə təhvil verilmişdir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.