Главная » 2012»Апрель»4 » Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında olmuşlar
23:46
Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında olmuşlar
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, 20/10/2011
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən,Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
Bakı İstintaq Təcridxanasında (BİT) olmuşlar.
Müvəkkilin nümayəndələri 2 aprel mitinqi zamanı
saxlanılan və hazırda bu müəssisədə olan 14 nəfərlə, o cümlədən Arif Hacılı,
Tural Abbaslı, Əhəd Məmmədli və başqaları ilə görüşmüş, onların hər biri ilə
təkbətək söhbət aparmış, saxlanma şəraitlərini öyrənmişlər. Söhbət aparılan şəxslər BİT-də saxlanıldıqları müddət
ərzində müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən hər hansı bir zorakı
rəftara məruz qalmadıqlarını, hüquqlarının pozulmadığını bildirmişlər.
Eyni zamanda həmin şəxslər barələrində aparılan
istintaqdan və onların işləri üzrə çıxarılan məhkəmə qərarlarından
narazılıqlarını bildirmişlər.