AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2015 » Октябрь » 31 » Penitensiar xidmət əməkdaşları Tbilisidə keçirilən beynəlxalq konfransda
05:02
Penitensiar xidmət əməkdaşları Tbilisidə keçirilən beynəlxalq konfransda

Gürcüstan Respublikasının Cəzaların İcrası, Probasiya və Hüquqi Yardım Nazirliyinin dəstəyi və “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatının koordinatorluğu ilə cari ilin 17 iyul tarixində Tbilisi şəhərində regional konfrans keçirilib. 

“Cənubi Qafqazda qeyri-həbs cəzalarından istifadənin təşviqi” layihəsi çərçivəsində keçirilən konfransda Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının aidiyyəti dövlət qurumlarının məsul əməkdaşları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətini rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Qeydiyyat şöbəsinin baş inspektoru ədliyyə polkovnik-leytenantı Ceyhun Quliyev, Təşkilat-nəzarət idarəsinin inspektoru ədliyyə baş leytenantı Cavidan Nəzərov və Təsərrüfat idarəsinin Tikinti şöbəsinin inspektoru ədliyyə leytenantı Gülçöhrə Abbasova təmsil ediblər.

Konfransda azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların tətbiqi, probasiya xidməti sahəsində son yeniliklər barədə fikir mübadiləsi aparılıb, ayrı-ayrı ölkələr tərəfindən bu sahədə əldə edilən müsbət təcrübələrə dair məruzələr dinlənilib. Nümayəndə heyətinə rəhbərlik edən ədliyyə polkovniki Rafiq Ramazanov və eləcə də tədbirdə iştirak edən ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü Zəlihə Tahirova, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri Kamil Səlimov və Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov Azərbaycan Respublikasında probasiya institutunun yaradılması üzrə nəzərdə tutulan tədbirlər, habelə milli qanunvericilikdə mövcud probasiya elementləri, penitensiar müəssisələrdə məhkumların əməyə cəlb olunması, şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, sosial adaptasiya, cinayətlərin residivi, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrası barədə iştirakçılara məlumat veriblər. 

Konfransda probasiya institutunun penitensiar müəssisələrdə sıxlığın azaldılmasına səmərəli təsiri, regional əməkdaşlığın vacibliyi, sosial adaptasiya haqqında qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

23.07.2015

http://penitensiar.justice.gov.az/xeberler/1607.html

Просмотров: 400 | Добавил: Admin | Теги: Zaliha Tahirova, GÜrcüstan, probasiya, məhbuslar, Eldar Zeynalov, AİHMM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0