AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Декабрь » 17 » Penitensiar xidmətdə ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
08:08
Penitensiar xidmətdə ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

20 November, 2014 14:00:00

Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə 20 noyabr 2014-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində şəxsi heyətin toplantısı keçirilib. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri giriş sözü ilə açaraq xidmət əməkdaşlarını Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından və öz adından təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü hər il ölkəmizdə böyük ruh yüksəkliyi və Ulu Öndərə dərin minnətdarlıq hissi ilə təntənəli şəkildə qeyd olunur. Nazir müavini bir əsrə yaxın tarixi olan Azərbaycan ədliyyəsinin 1918-ci ildən başlayaraq keçdiyi şanlı yoldan bəhs edərək, Ədliyyə Nazirliyinin yenidən əsaslı surətdə təsis edilməsinin və ədliyyə işinin təkmilləşdirilməsinin məhz 1970-ci ilə - Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf etdiyini vurğulayıb. M. Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən etibarən hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunduğunu qeyd edib. O bildirib ki, həmin dövrdən etibarən Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlayıb və həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunub. Nəticədə ölkəmiz Ümummilli Liderin layiqli davamçısı və siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək dünya ölkələri sırasında layiqli yerini tutub. Həmçinin qeyd olunub ki, Ulu Öndərin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artıb. Tədbirdə xidmət əməkdaşlarının mükafatlandırılması barədə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən imzalanmış əmrlər diqqətə çatdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi.

20.11.2014

http://penitensiar.justice.gov.az/xeberler/1422.html

Просмотров: 391 | Добавил: Admin | Теги: Penitensiar Xidmət, Azərbayvan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0