AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2015 » Октябрь » 30 » Penitensiar xidmətin Baş İdarəsində müşavirə keçirilib
00:51
Penitensiar xidmətin Baş İdarəsində müşavirə keçirilib

29.05.2015-ci il tarıxdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib. Penitensiar xidmətin fəaliyyətinin bütün sahələrini əhatə edən müşavirədə xidmətin və tabe qurumların rəhbər əməkdaşları iştirak ediblər. 

Rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov müşavirəni açaraq Penitensiar xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üzrə tapşırıqlarına uyğun xüsusi tədbirlər planının təsdiq edilərək nəzarətə götürüldüyünü və bu günkü müşavirənin həmin planının yerinə yetirilməsi vəziyyətinə həsr olunduğunu bildirdi.  

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov rəhbərlik etdikləri sahələr üzrə tədbirlər planına uyğun görülən işlər, eləcə də 2015-ci ilin cari dövrü ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdilər.  

Bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının məsul əməkdaşları çıxış edərək 2014-cü ildəki fəaliyyətinin yekunlarına dair iclasda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin davam etdirildiyini bildirdilər. 

Müşavirədə 12 - 28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının mahiyyəti və müstəsna əhəmiyyəti şəxsi heyətin nəzərinə çatdırıldı. Azərbaycan paytaxtının ilk Avropa Oyunlarının keçiriləcəyi məkan kimi seçilməsinə aparan yol, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə görülmüş işlər bir daha qeyd edildi. Avropa Oyunları ərəfəsində və Oyunların keçiriləcəyi günlərdə hər bir əməkdaşın üzərinə düşən vəzifələri müəyyənləşdirən Qaydalar səsləndirildi və bu qaydalara əməl edilməsinin zəruriliyi vurğulandı. 

Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov 2014-cü ildəki fəaliyyətinin yekunlarına dair müşavirədən keçən dövr ərzində görülən işləri ümumən təqdirəlayiq hesab etdiyini bildirərək, hələ də müşahidə olunan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün xidmət rəhbərliyinin müvafiq tapşırıqlarını nəzərə çatdırdı və hər bir əməkdaşın öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirdi.

İctimaiyyətlə əlaqələr şöbəsi

29.05.2015

http://penitensiar.justice.gov.az/xeberler/1587.html

Просмотров: 344 | Добавил: Admin | Теги: Azərbaycan, Penitensiar Xidmət | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0