Muzeyin ən böyük bölməsi olan 1-ci bölmə Ümummilli Lider
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə
həsr edilmişdir. Mərkəzdə Ulu öndərin postament üzərində uca
heykəli diqqəti cəlb edir. Zal Heydər Əliyevin uşaqlıq,
gənclik və həyatının sonrakı dövrlərini əks etdirən sənəd və
şəkillərdən, respublikaya rəhbərlik etdiyi, dövlət
təhlükəsizlik orqanlarında fəaliyyəti dövrünü əks etdirən
şəkil və sənədlərdən ibarət eksponatlardan, ədliyyə sistemi
ilə əlaqədar Fərman və Sərəncamların böyüdülmüş surətlərindən
ibarətdir.
Muzeyin 2-ci bölməsi Ümummilli Lider Heydər Əliyev və onun
layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən və
Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin rəhbərliyinin
müxtəlif tədbirlərdən, görüşlərdən fraqmentlərini əks etdirən
fotoşəkillərdən ibarətdir. Bu zalda həmçinin muzeyin fəxri
qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə
kitabı da qoyulmuşdur.
Muzeyin 3-cü bölməsi "Tariximizin qan yaddaşı” adlanır. Bu
bölmə keçən əsrin 30-cu illərinin repressiyaladan, erməni
terrorunun qurbanları olan azərbaycan və türk diplomatlardan,
20 yanvar və Xocalı faciələrindən, Bakida metroda törədilən
terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs edən
eksponatlardan ibarətdir. Zalın mərkəzində xilaskar türk
əsgərinə və Xocalı
faciəsinə həsr olunmuş abidə ucalır. Bölmədə Ulu öndər Heydər
Əliyevin və Mustafa Kamal Atatürkün büstləri və onlardan
sitatlar yazılmış şüşə lövhələr diqqəti cəlb edir.
Muzeyin 4-cü bölməsi Penitensiar xidmətin veteranlarına həsr
olunmuşdiur. Bölmədə vaxtilə Penitensiar xidmətin rəisi olmuş
Sovet İttifaqı Qəhrəmani, qeneral mayor Səlahəddin Kazimovun,
mühafizə alayının komandiri olmuş Nəsib Əliyevin və bu xidmət
sahəsinin bir sıra veteranlarının həyat və fəaliyyəti haqqında
materiallar, onlara məxsus xüsusi geyim formaları və digər
şəxsi əşyalar eksponat kimi təqdim olunur.
Muzeyin 5-ci bölməsində Penitensiar xidmətin müxtəlif
dövrlərdə strukturun, əməkdaşların idman nailiyyətini,
Mühafizə Alayının, Konvoy Taborunun, müəssisələrin
fəaliyyətini əks etdirən yazi və şəkillərdən ibarət stendlər,
məhkumların əl işləri olan suvenir nümunələri, müxtəlif
dövrlərdə qüvvədə olan əmr və təlimatların nümunələri, ədalət
ilahəsinin mərkəzdə yerləşdirilmiş heykəli və s. diqqəti cəlb
edir.
Muzeyin 6-cı bölməsi – 1918-1920-ci illərdə Azərbaycan
Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlərdən, o
dövrün pul əskinazlarından, sovet hakimiyyəti illərində
cəzaçəkmə sisteminə aid sənsd və şəkillərdən, xüsusi
kontinqentin geyim forması nümunələrindən, cəzaçəkmə
müəssisələrində istehsal olunan əşyaların nümunələrindən,
həbsxana kamerasının və cəzaçəkmə müəssisələrinin nəfis
şəkildə dəqiqliklə işlənmiş maketlərindən ibarətdir.
Muzeyin 7-ci bölməsi qədim zamanlarda və orta əsrlərdə həyata
keçirilən cəza növlərini əks etdirən maketlərdən, Bayıl
həbsxanasının dəqiqliklə işlənmiş maketindən, sovet dövründə
və ondan əvvəl azərbaycanın müxtəlif bölgələrində yerləşən
həbsxanaların qalıqlarına dair fotoşəkillərdən ibarətdir.
Penitensiar xidmətə işə qəbul olunan orta və kiçik rəis heyəti
əməkdaşları, tədris mərkəzində kurs keçən müxtəlif xidmət
sahələrinin əməkdaşları da tədris proqramı çərçivəsində
muzeylə tanış edilirlər.
Muzeyin ekspozisiyası yüzlərlə müxtəlif sənəd, əşya,
orden-medal və digər materiallardan, eləcə də çoxsaylı
fotoşəkillərdən ibarətdir.
Muzey üçün tarixi əhəmiyyət kəsb edən sənəd və materialların
toplanması işi daim davam edir.