17:12, 20 июля 2014 АПА
Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, xidmətin rəisi, ədliyyə general-leytenantıMədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Rafiq Ramazanova həvalə edilib.
Qeyd edək ki, R.Ramazanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisidir.