AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Pentensiar Xidmət ailəsini Vaşif Abudullayevlə vida görüşünə buraxmayıb
04:55
Pentensiar Xidmət ailəsini Vaşif Abudullayevlə vida görüşünə buraxmayıb

Əməkdaşımız həbsxanada dünyasını dəyişən dindarın dəfn mərasimindən yazır

13/7/2012 [14:00] 12 iyulda Azərbaycan İslam Partiyasının sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev Pentensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. 61 yaşlı məhbusun ölüm diaqnozu hələ ki, məlum olmasa da, onun qan xərçəngi xəstəliyindən vəfat etdiyi güman edilir.  

Vaqif Abdullayev vəfat etdiyi gün tibbi ekspertizadan keçirildikdən sonra cənazəsi Əhmədli məscidinə gətirilib. Oradan mərhumun nəşi yaşadığı Xətai rayonuna aparılıb. Mərhumun cənazə törəninə 300 nəfərə yaxın dindar toplaşıb. Onlar cənazə namazı qılarkən mərhumun yaşadığı blokun qarşısında hicablı qadın divara dayanaraq ağlayır. Deyir ki, mərhumun qızının rəfiqəsidir. V. Abdullayevi şəxsən tanıyıb. Ona qarşı sürülən ittihamları boş və saxta adlandırır. "Hacı Vaqifi tanıyanlar bilir ki, ona qarşı qaldırılan ittihamların heç bir ona yapışmırdı. O başqa insan idi”. 
Akif Heydərli: «O, bu xəstəliyə görə azadlığa buraxılmalı idi»
Mərasimdə iştirak edən Azərbaycan İslam Partiyasının siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli "Bizim Yol” qəzetinə deyir ki, V. Abdullayev asma və allergiya xəstəliyindən əziyyət çəkib. Onun qan xərçənginə tutulması 5 iyulda məlum olub. "Bir neçə dəfə həkim müayinəsindən keçib, amma onda qan xərçənginin olması ilə bağlı diaqnoz qoyulmayıb. Son günlərdə Güzdək həbsxanasında Vaqif huşunu itirib və Pentensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilib. Həmin müəssisədə ilkin müayinələr zamanı məlum olub ki, məhbusda qan xərçəngi xəstəliyi var. O, bu xəstəliyə görə azadlığa buraxılmalı idi. Amma təəssüflər olsun ki, Vaqif Abdullayevin qan xərçəngi xəstəliyindən əziyyət çəkməsi xəbəri bu günə qədər dəqiqləşdirilmədi və bu barədə mətbuata xəbər verilmədi. Bu günə qədər Səhiyyə Nazirliyindən bu diaqnozun təsdiqi ilə bağlı bizə heç bir sənəd təqdim olunmayıb”. 
A. Heydərli məhbusun xəstəlik diaqnozunun gecikdirilməsini və azad edilməməyini qeyri-humanist addım adlandırır. "Diaqnoz erkən qoyulsaydı, ola bilsin Vaqifin ömrü uzadıla bilərdi. Azərbaycan vətəndaşına qarşı bu addım yolverilməzdir və cəmiyyətdə       narazılığa, ikraha səbəb olub. İnsan taleyinə qarşı belə laqeydlik yolverilməzdir”. 
Ölümqabağı görüşə…icazə verilməyib 
11 iyulda V. Abdullayevin ailə üzvləri onunla görüşmək üçün Pentensiar Xidmətin Müalicə Müəssisəsinə baş çəkirlər. Xəstənin vəziyyətinin ağır olduğu bilinirdi və ailəsi onunla vida görüşünə gəlmişdilər. Amma Pentensiar Xidmətdən ailənin məhbusla görüşünə icazə verilməyib. Görüşə gələn şəxslərin üzərində şəxsiyyət vəsiqəsinin olmaması əsas göstərilib. "Bizim müalicədən tam xəbərimiz olmayıb. Pentensiar Xidmətdən bizə məlumat verirdilər ki, Hacı Vaqifə sistem qoşulub. "Müalicə olunub, istənilən dərman verilib” deyirdilər. Amma biz bunun şahidi olmamışıq. Xəstəliyin bu qədər şiddətlənməsi və Hacı Vaqifdə qan xərçənginin yaranması, onun həyatına son qoyulması bizdə şübhə doğurur”. 
Akif Heydərli məhbusun nə müvəqqəti təcridxanada, nə də həbsxanada saxlanıldığı şəraitdən narazı olmadığını deyir. "Hacı Vaqifin asma xəstəsi, və allergiyasının olduğuna görə onun Güzdək həbsxanasında saxlanılması düzgün deyildi. Hər halda onun səhhəti nəzərə alınmalı idi. Hacını digər həbsxanalarda saxlamaq mümkün idi”. 
Vəkil: «Vaqif Abdullayevi bu vəziyyətdə həbsxanada saxlamaq cinayət sayılır” 
Vaqif Abdullayevin vəkili Anar Qasımov məhbusun həyatının son günlərində onun yanında olub. "Pentensiar Xidmətin Müalicə Müəssisəsində yanına getdim. Bir ildən artıq müddətdə o ilk dəfə idi ki, görüşə gələ bilmirdi. Mənə dedilər ki, Vaqif müəllim       yeriyə bilmir. Başqa vaxt gəlməyimi istədilər. Amma mən palataya qalxdım. Vaqif müəllim çox halsız vəziyyətdə idi, güclə danışırdı. Hərəkət edə bilmirdi. Xəstəliyinin nə olduğunu da bilirdi. Çox təəssüflər olsun ki, diaqnozu götürüb onu azadlığa buraxa       bilmədik. Diaqnoz qoyulsaydı, onu mütləq azad edəcəkdilər. Vəsatət verməyə də ehtiyac yox idi. Bizə diaqnozu vermədilər ki, hazır deyil. Bilmirəm, hazır idi vermədilər, yoxsa doğrudan da hazır deyildi. Onu həbsdə saxlamaq qisas məqsədi daşıyırdı. Vaqif müəllimi dərhal azad etmək lazım idi. Təəssüf ki, belə olmadı”. 
Anar Qasımov məhbusun vəfat etdiyi günün səhəri onun azadlığa buraxılması üçün prezident İlham Əliyeva müraciət edəcəkdi. Amma bu ərəfədə hüquqlarını müdafiə etdiyi şəxsin vəfat etdiyi xəbərini alıb. "Onkologiya İnstitutunun həkimini də bu işə cəlb etmişdilər. Mən baş həkimlə danışdım, dedi ki, diaqnozu yüzdə-yüz qan xərçəngidir. Xəstəliyin nə vaxt başladığını bilmirik. Vaqif Abdullayev həmişə səhhətindən şikayətçi olub. Bir neçə ay əvvəl Apellyasiya Məhkəməsində işinə baxıldığı vaxt səhhətində yarandığı problemlərlə bağlı müalicə müəssisəsinə köçürülmüşdü. Amma o zaman səhhəti bu durumda deyildi. Amma indi ayaqları işləmirdi. Onu bu vəziyyətdə həbsxanada saxlamaq cinayət sayılır”. 
«Allahu-Əkbər”, "La İlahə İl Allah", "Biz zülm etmərik, zülmə boyun əymərik”
V. Abdullayevin cənazə namazı qılındıqdan sonra onun nəşini qaldırırlar. 300 nəfərə yazın mərasim iştirakçısı cənazəni maşına qoyana qədər "Allahu-Əkbər”, "La İlahə İl Allah", "Biz zülm etmərik, zülmə boyun əymərik” şüarları səsləndirirlər. Onları ətrafda dayanan polis patrul xidməti izləyir. Binada yaşayan sakinlər də təəccüb içində bu mənzərəyə baxırlar. Mərhumun cənazəsi dəfn olunmaq üçün Hövsan yolunun üstündə yerləşən Suraxanı şəhər qəbiristanlığına aparılır. 
Dəfn mərasimində iştirak edən Həbsdə olan İslamçıların Müdafiə Komitəsinin sədri Natiq Kərimov mərhumun haqsız yerə günahlandırıldığını deyir. "Bir insana ki, şəhadət qismət olub demək Allah onun tövbəsini qəbul edib. Ona qarşı irəli sürülən ittihamların hamısı şər və böhtan idi. Hansısa idarədən MTN-ə məktub gəlmişdi ki, bu şəxsi qapalı şəraitdə saxlamaq lazımdır. Bircə bu cümləyə görə ona 11 il iş verdilər”.
Müdafiə Komitəsinin sədri bildirir ki, son zamanlar dindarlara qarşı başlanılan həbslərin kökündə onların azadlıq istəkləri dayanır. "İslamçılar azadlıq, adam kimi yaşamaq istəyirlər. Onlar dini ayinlərini yerinə yetirməyə çalışırlar. Hər gün bir mürtəce qanun çıxarıb İslamı sıxışdırırlar. Dini etiqad və vicdan azadlığı qanunu var idi, indi onu "Qadağalar qanunu” eləyiblər. Həm müxalifətin, həm də bizim uşaqlarımızın repressiyası başlanıb”. 
Həbsdə 68 dindar var 
Vaqif Abdullayevin adı Avropa Şurasının siyasi məhbuslar siyahısındadır. N. Kərimov deyir ki, hazırda məhbəsdə 68 nəfər dindar cəza çəkir. Onlardan 10 nəfəri Avropa Şurasının siyasi məhbus siyahısındadır. "Nə vaxta qədər ki, Azərbaycanda biganəlik hökm sürəcək bu sülalə hələ çox gedəcək. Kənardan pul almaqda ittiham olunan dindarların yaşadığı evi də göstərək, bu vətəni çox istəyən məmurların evlərini də... Görün o məmurlar necə gözəl yaşayırlar”. 
V. Abdullayevi torpağa tapşırırlar. Məzarın ətrafında dindarlar sinələrinə döyüb "Allahu-Əkbər” deyə səslənirlər. 
Sevinc VAQİFQIZI
Fotolar müəllifindir

 

Просмотров: 577 | Добавил: Admin | Теги: Müalicə müəssisəsi, Azərbaycan, məhkumlar, ölümlər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0