Penitensiar xidmətin Baş idarəsinin əməkdaşları tərəfindən Penitensiar xidmətin hərbi qurumlarında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla tərbiyə işinin və onların mənəvi-psixoloji dayanıqlığının yüksəldilməsi məqsədi ilə «Hərbçilər arasında şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsində qarşılıqlı ünsiyyət və anlama problemi, onun psixoloji əsasları» və «Gənc əsgərlərin əsgər həyatına uyğunlaşması (adaptasiyası) və qarşılıqlı kollektiv münasibətlərin tənzimlənməsi» mövzularında treninqlər keçirilib.
Seminar-treninqlərin əsas məqsədi əsgərlərin sosial, cinsi və psixoloji amillərdən, gənclik dövrünə xas olan fərdi-psixi xüsusiyyətlərindən və şəxsiyyətə məxsus keyfiyyətlərindən asılı olaraq, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsinə, onlarda psixi gərginliklərin aradan qaldırılmasına, əsgər həyatına uyğunlaşmasına yönəlmiş müvafiq psixoloji yardım aparılmasıdır.