Мəlum olduğu kimi, "Gənc Hüquqşünas Qadınlar
Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin nəzdində 01 iyul 2008-ci
ildən başlayaraq Cəza Çəkməkdən Azad Edilmiş Şəxslərin Sosial
Adaptasiya Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz tərəfindən cəza
çəkməkdən azad olunmuş şəxslərə hüquqi yardımlar göstərilmişdir.
2010-cu ildən başlayaraq isə təşkilat Açıq Cəmiyyət İnstitutu – Yardım
Fondunun (Budapeşt ofisi) dəstəyi ilə "Cəza cəkməkdən azad olunmuş
şəxslərin sosial adaptasiyası işinin təşkili və onlara qarşı
ayrı-seçkiliyin aradan qaldırılması işinin həyata keçirilməsi”
layihəsini həyata keçirir. Layihə çəçivəsində isə Mərkəz öz
fəaliyyətini daha da genişləndirərək, cəza cəkməkdən azad olunmuş
şəxslərə hüquqi, psixoloji, sosial və tibbi yardımların göstərilməsini
həyata keçirməyə başlamışdır.