Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib. Təcridxanada saxlanılan Rəsul Bayramovla Bahar Qədirova rəsmi nikaha girib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir ki, onların müraciətlərinə Penitensiar Xidmət şərait yaradıb. Nikahı 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Pərvin Məmmədova qeydə alıb. Mərasimdə Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.