31 iyul 2014-cü il tarixdə Penitensiar xidmətin Tərbiyə müəssisəsində "Ümidli Gələcək Gənclər təşkilatı" və Azərbaycanda səfərdə olan Hollandiyanın "Youth Empowerment Through Sports" təşkilatının nümayəndələri Fariz Əkbərov, Ruhanə Əhmədova, Ülviyyə Hümmətova, Marthy Rodriguez və Giannini Olieberg tərəfindən fiziki cəhətdən sağlam inkişafın yolları, kollektivçilik ruhunun aşılanması, uşaqların arasında ayrıseçkiliyin aradan qaldırılması mövzularında tədbir keçirmişlər. Əsasən idman meydançasında keçirilən tədbirdən sonra qonaqlar məhkumlarla birlikdə fotoşəkillər çəkdirmişlər. Tədbir məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
Foto - http://penitensiar.justice.gov.az/xeberler/1269.html