AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Декабрь » 17 » Tibb Müəssisəsində məhbus dünyasını dəyişdi
08:48
Tibb Müəssisəsində məhbus dünyasını dəyişdi

11/12/2014

“Ağır xəstə olan məhbuslar azad edilsə yaxşı olar”

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ömürlük həbs cəzasına məhkum olunmuş Ağayev Coşqun Həqiqət oğlu dünyasını dəyişib. Bu barədə AZXEBER.com-a İnsan Haqları Mərkəzindən (İHM) daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, 1993-cü ildə məhkəmədə barəsində ölüm hökmü çıxarılmış ağır cinayətlərdə ittiham olunan 1969-cu il doğumlu A.Coşqunun ölümünə səbəb boğazında xərçəng xəstəliyinin olması olub.

Qeyd edək ki, A.Coşqun 3,5 il Bayıl türməsində ölüm hökmü alan məhbuslarla birlikdə saxlanılıb. Oradan isə 1994-cü il noyabrın 1-də 10 nəfər ömürlük məhbusun etdiyi məşhur qaçışın iştirakçılarından biri olub. Qaçışdan sonra A.Coşqun həbs olunub. İHM-in məlumatında qeyd olunur ki, A.Coşqun həbsdən sonra işgəncələrə məruz qalıb, bu isə onun səhhətinə pis təsir edib.

1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv ediləndə A.Coşqunun barəsində seçilmiş hökm dəyişidirilib və cəza ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənib. Bundan sonra məhbus barəsində seçilmiş qərarın dəyişdirilməsi ilə bağlı yenidən məhkəməyə müraciət edib. 2007-ci ildə isə o, analoji məqsədlə Avropa Məhkəməsinə müraciət edib. İHM sədri E.Zeynalov faktla bağlı bildirib ki, ağır xəstə olan məhkumların tibb müəssisələrində ölməsi faktları bir daha ağır xəstə olan cəza çəkən şəxslərin azadlığa buraxılması məsələsini gündəmə gətirir: “Zaman-zaman praktikada tətbiq olunan bu hal yenidən bir daha müzakirəyə çıxarılsa və həddən artıq agır xəstə olan məhbuslar azad edilsə yaxşı olar. Çünki bu insanların ömürlərinin son günlərini cəzaçəkmə müəssisələrində deyil, evlərində keçirmələri doğru olardı”. Azxeber.com http://www.azxeber.com/news/76137

Просмотров: 388 | Добавил: Admin | Теги: Azərbaycan, qaçış, ölümlər, ömürlük məhbuslar, Qobustan Həbsxanası | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 5
    Гостей: 5
    Пользователей: 0