AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2015 » Февраль » 26 » “Tubzon”a köçürülən məhkumlara işgəncə verilib?
18:45
“Tubzon”a köçürülən məhkumlara işgəncə verilib?
ÇƏRŞƏNBƏ AXŞAMI, 20 YANVAR 2015 09:34 Yaxınları məsələ ilə bağlı ölkə başçısına müraciət etdi 14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərə görə Vərəmli Məhkumlar üçün Müalicə Müəssisinə -"tubzon"a köçürülən məhkumların yaxınlarına onlarla görüşə icazə verilmir. Bu barədə “Azadlıq”a məhkumların yaxınları məlumat verib: “Bu gün (dünən - red) getdik, əvvəlcə görüşə icazə verəcəklərini dedilər. Lakin sonradan bəlli oldu ki, guya onlar ”kars"da döşəkağını cırdıqlarına görə, daha ağır cəzaya məhkum olunublar. Dedilər ki, ayda bir dəfə görüşə icazə verilə bilər". Lakin məhkumların yaxınları hesab edir ki, onlar yenidən işgəncəyə məruz qalıblar: “Görünür, xəsarət izləri var. Ona görə də bizimlə görüşə icazə vermirlər”. Məhkumların yaxınları bildirir ki, məsələ ilə bağlı Ombudsmana, QHT nümayəndələrinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Ona görə də biz ölkə başçısına müraciət edirik. Ondan xahiş edirik ki, bu məsələni diqqətdə saxlasın”. Xatırldadaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qiyama qalxıb. Buna səbəb isə məhkum Elşad Babayevin karsda (cəza kamerası) işgəncə ilə öldürülməsi olub. Öldürülən məhkumun yaxınlarının təqdim etdikləri fotolarda Elşad Babayevin bədəni üzərində çoxsaylı xəsarətlərin olduğu görünür. Bu hadisədən sonra 11 məhbus “tubzon”a köçürülüb. http://www.azadliq.info/cmyyt/298-cmyyt/59382-tubzona-koecuerueln-mhkumlara-ignc-verilib.html
Просмотров: 382 | Добавил: Admin | Теги: 14 saylı CÇM, 13 saylı CÇM, etiraz, məhbuslar, qiyam, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 10
    Гостей: 10
    Пользователей: 0