AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Кодексы

Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanununun tətbiqi barədə
30.09.2011, 04:24
30 iyun 2011, 20:05
Text size Plus Minus

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 138-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 138-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

1.2. altı ay müddətində məntəqə tipli cəzaçəkmə müəssisələrində rejimin "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 138-IVQD nömrəli Qanununda nəzərdə tutulmuş tələblərini təmin etmək məqsədi ilə zəruri tikinti və yenidənqurma işlərinin aparılması, məntəqə tipli cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təklifləri əsasında zəruri tədbirlər görülməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 138-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il. 

Категория: Кодексы | Добавил: Admin | Теги: Azərbaycan, Cəzaların İcrası Məcəlləsi, qanun
Просмотров: 507 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0