AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Решения Конституционного Суда

В категории материалов: 10
Показано материалов: 1-10

Сортировать по: Дате · Названию · Рейтингу · Комментариям · Загрузкам · Просмотрам

Cinayət törətmiş şəxslərin islah olunması nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcədə asılıdır.

Решения Конституционного Суда | Просмотров: 370 | Загрузок: 89 | Добавил: Admin | Дата: 04.08.2012

Sorğuda göstərilmişdir ki, CM-in 46.2 və 46.3-cü maddələrinin tətbiqi zamanı məhkəmələr tərəfindən, bir qayda olaraq, qanunvericiliyin tələblərinə əməl olunsa da, təcrübədə bu məsələ ilə bağlı müəyyən çətinliklər yaranır.

 Belə ki, bəzən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında əsas cəza növü kimi nəzərdə tutulması əsas götürülərək həmin cəzanın növünün əlavə cəza kimi təyin edilməsi qeyri-mümkün hesab edilir. Bundan başqa sanksiyada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr bəzən onun təyin edilməməsinin motivlərini ittiham hökmündə əsaslandırmırlar. Bir sıra hallarda isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsi CM-in 46.3-cü maddəsi baxımından qeyri-mümkün hesab edilir.  

Решения Конституционного Суда | Просмотров: 434 | Загрузок: 226 | Добавил: Admin | Дата: 21.06.2012

Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət  Məcəlləsi) 66.5-ci maddəsində nəzərdə tutulan "hökm çıxarıldıqdan sonra”, "hökm çıxarılmazdan əvvəl” və "məhkumun” ifadələrinin mənasının açıqlanması baxımından həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs A.Muxtarov Xəzər rayon məhkəməsinin 26 yanvar 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinmiş, lakin barəsində həmin hökm qanuni qüvvəyə minənədək Cinayət Məcəlləsinin 178.2.2 və 132-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir.

Müraciətedənin fikrincə, məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin mənasına görə şəxsin məhkum sayılması üçün onun barəsində çıxarılmış ittiham hökmü qanuni qüvvəyə minməlidir.      

Решения Конституционного Суда | Просмотров: 399 | Загрузок: 254 | Добавил: Admin | Дата: 21.06.2012

Sorğuverən hesab edir ki, CM-in 56.1.3-cü və CİM-in 114-cü maddələrində nəzərdə tutulan "xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının qadın məhkumlara şamil edilib-edilməməsi məsələsi hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Sorğuda göstərilir ki, cinayət mühakimə icraatı zamanı məhkəmələr tərəfindən cəzaçəkmə müəssisəsinin növü müəyyən edilərkən, CM-in və CİM-in qeyd olunan maddələrinin məhkum qadınlara münasibətdə tətbiqinin mümkünlüyünə dair müxtəlif yanaşmaların mövcudluğu vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Bəzən məhkəmələr CM-in 56.1.3-cü maddəsində nəzərdə tutulan "xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının məhz kişi məhkumlara aid olduğuna əsaslanaraq, qadın məhkumlara ciddi rejimli cəzaçəkmə müəssisəsi növünü yalnız cinayətlərin xüsusi təhlükəli residivi zamanı təyin edirlər. 

Решения Конституционного Суда | Просмотров: 380 | Загрузок: 207 | Добавил: Admin | Дата: 21.06.2012

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda mülki icraatda işdə iştirak edən şəxslərin kassasiya instansiyası məhkəməsinə buraxılması ilə əlaqədar məhkəmə təcrübəsində çətinliklərin yaranmasını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını  xahiş edir.
Решения Конституционного Суда | Просмотров: 631 | Загрузок: 0 | Добавил: Admin | Дата: 21.06.2012

Azərbaycan Respublikası Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 59.1.9-cu maddəsinin "könüllü gəlib təqsirini boynuna alma” müddəasının, həmin Məcəllənin 60-cı maddəsinin "bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəasının, törədilməsinə görə daha ciddi cəza növü olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər üzrə CM-in 60-cı maddəsinin tətbiq olunub-olunmamasının mümkünlüyünün şərh edilməsini xahiş etmişdir.
Решения Конституционного Суда | Просмотров: 335 | Загрузок: 307 | Добавил: Admin | Дата: 21.06.2012

Наримановский районный суд города Баку обратился в Конституционный Суд Азербайджанской Республики (далее – Конституционный Суд) в связи с толкованием статьи 53.3 Уголовного Кодекса Азербайджанской Республики (далее - УК) относительно статьи 58.1 того же Кодекса, а также статьи 112.1 Кодекса об исполнении наказаний Азербайджанской Республики относительно статьи 56.1.1 УК.
Решения Конституционного Суда | Просмотров: 512 | Загрузок: 1 | Добавил: Admin | Дата: 05.05.2012

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI

 Cinayət törətmiş şəxslərin islah olunması nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcədə asılıdır.

Решения Конституционного Суда | Просмотров: 432 | Загрузок: 325 | Добавил: Admin | Дата: 15.08.2011

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olaraq ölkənin cinayət-prosessual qanunvericiliyində yeni institutun - məhkəmə nəzarəti institutunun yaradılması vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə qorunmasına xidmət edir. Bu institutun yaradılmasında məqsəd əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin  etməkdən, vətəndaşların hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdan ibarətdir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən  prosessual  məcburiyyət tədbirinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.

Решения Конституционного Суда | Просмотров: 334 | Загрузок: 58 | Добавил: Admin | Дата: 14.08.2011

Азярбайжан Республикасы адындан
 
Азярбайжан Республикасы
Kонститусийа Mящкямяси ПЛЕНУМУНУН
 
г я р а р ы
 
Азярбайжан Республикасы Жинайят Мяжяллясинын 79.1-жи маддясинин Азярбайжан Республикасы Конститусийасынын 25-жи  маддясинин I, II вя III  щиссяляриня, 26-жы маддясинин II щиссясиня,  28-жи маддясинин I щиссясиня, 147-жи маддясиня вя 149-жу мад-дясинин I вя III щиссяляриня уйьунлуьунун йохланылмасына даир
Решения Конституционного Суда | Просмотров: 576 | Загрузок: 0 | Добавил: Admin | Дата: 17.05.2010

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0