AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

1993 - Məhkəməqərarların icrası sistemin yenidən təşkili haqqında
[ · Скачать удаленно () ] 23.08.2011, 11:55

MƏHKƏMƏ QƏRARLARININ İCRASI SİSTEMİNİN YENİDƏN TƏŞKİLİ HAQQINDA

Şrift ölçüsü: Decrease font Enlarge font
Məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, bu sahədə işin təşkilini yaxşılaşdırmaq və cəza-tərbiyə işini humanistləşdirmək məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəs, tabeliyindəki bütün müəssisələrlə birlikdə (istintaq təcridxanalarından başqa), Azərbaycan Respublikasının Daxili Qoşunlarının tərkibində olan və islah-əmək müəssisələrində mühafizə və nəzarət funksiyalarını həyata keçirən 7535 nömrəli Mühafizə Batalyonu, 6500 nömrəli Alay, Bakı şəhəri Polis İdarəsinin tərkibində olan Xüsusi Müşayiət Divizionu, rayon, şəhər polis idarə və şöbələrinin islah işləri müfəttişlikləri bütün ştat vahidləri və balansında olan əmlakla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilsin. 

2.Bu fərmanın 1'ci bəndində sadalanan orqanların ştat vahidləri və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ştat vahidlərinin bazasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi yaradılsın. Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini hesab edilsin. 

3.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə məhkəmələrin mülki işlər üzrə qətnamə, qərardad və qərarlarının, cinayət işləri üzrə hökm, qərardad və qərarlarının icrasının təşkili işi həvalə edilsin. 

4.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sıravi və rəis heyəti "Ədliyyə Polisi" adlandırılsın və bu heyətin statusu (rütbə, staj və s.) saxlanılmaqla Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulsun. 

5.İslah işləri müfəttişlikləri rayon, şəhər məhkəmələrinin ştat vahidlərinə daxil edilməklə intizam qaydasında həmin məhkəmələrin sədrlərinə, funksional qaydada isə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə tabe edilsin. Bu müfəttişliklərin rayon, şəhər məhkəmələrinin tərkibinə verilən ştatları və məhkəmələrin təkibində olan məhkəmə icraçıları hesabına rayon, şəhər məhkəmələrinin tərkibində ədliyyə polis bölməsi yaradılsın. 

6.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bu fərmana uyğun olaraq struktur dəyişiklikləri və islah-əmək müəssisələrində cəza-tərbiyə işinin humanisləşdirmək məqsədləri ilə əlaqədar qüvvədə olan qanunvericiliyə dəyişikliklərin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

7.Bu fərmanın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti aparatının Dövlət-hüquq şöbəsinə tapşırılsın. 


Əbülfəz Elçibəy, 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı, 9 Yanvar 1993'cü il, # 399
Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, cəzaçəkmə müəssisəsilər, penitensiar islahatı
Просмотров: 825 | Загрузок: 255 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0