AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında
[ · Скачать удаленно () ] 14.08.2011, 12:28

http://85.132.24.83/CW/LDB/LegalDB.nsf/gerb1.jpg?OpenImageResource

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 239

16/06/1994 il

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında (əlavə və dəyişikliklər - №114 - 16/08/2004, №224 - 14/10/2006 

Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:
 

Azərbaycan Respublikası «Təhsil Qanun»un 30-cu maddəsinə müvafiq olaraq, Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
 

Baş nazir S.Hüseynov
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbi haqqında nümunəvi

Ə S A S N A M Ə

 

I. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbinin əsas vəzifələri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi məhbuslara peşələr öyrədən, onların ixtisasını artıran və ictimai-faydalı əməyə şüurlu münasibət tərbiyə edən dövlət təhsil müəssisəsidir.

 

II. Peşə məktəbinin təşkili

2. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır və ləğv edilir.

3. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi Təhsil Nazirliyinə tabe olan təhsil müəssisəsidir.

4. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi bir qayda olaraq, bu müəssisənin istehsal sahəsinin profilinə uyğun ixtisaslaşdırılır.

5. Cəzaçəkmə müəssisəsi peşə məktəbinə tədris emalatxanalarının, tədris kabinetlərinin, laboratoriyaların və siniflərin təşkil edilməsi üçün uyğun bina verir və bunları öz vəsaiti hesabına tədris-istehsalat avadanlıqları, alətlər, qurğular, texniki və texnoloji sənədlər və tədris-əyani vəsaitlərlə təchiz edir.

6. Peşə məktəbi binasının saxlanması, eləcə də bütün təsərrüfat- istehsalat xidmətləri cəzaçəkmə müəssisəsinin gücü və vəsaiti hesabına görülür.

 

III. Peşə məktəbi ilə cəzaçəkmə müəssisəsinin qarşılıqlı əlaqələri

7. Peşə məktəbi təlim-tərbiyə işlərini cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə əlaqəli şəkildə həyata keçirir.

8. Cəzaçəkmə müəssisəsi:

peşə məktəbində tədris prosesinin yüksək səviyyədə təşkili və şagirdlər tərəfindən yeni texnikanın, qabaqcıl texnologiyanın mənimsənilməsi üçün lazımi şərait yaradır;

peşə məktəbinə istehsalat avadanlıqları, qurğular, alətlər, əyani vəsaitlər, lazımi materiallar ayırır, şagirdlərin gündəlik dərslərə davamiyyətlərini təmin edir;

öz kitabxanası vasitəsilə peşə məktəbini lazımi sorğu materialları və texniki ədəbiyyatlarla təchiz edir;

istehsalat təlimi prosesində tədris planı və proqramlarına müvafiq olaraq məhsul istehsalı üçün sifarişlər verir və tədris emalatxanalarında istehsalat təliminin təşkilinə köməklik göstərir;

şagirdlərin istehsalat təcrübəsinin keçirilməsi üçün istehsalatın əsas sahələrində lazım olan qədər iş yeri ayırır;

peşə məktəbinin mühəndis-pedaqoji kadrlarla komplektləşdirilməsinə kömək göstərir.

9. Peşə məktəbi:

məktəbin işçilərini cəzaçəkmə müəssisələrində məhbusların saxlanması rejiminin əsas tələbləri və təlim-tərbiyə işlərinin xüsusiyyətləri ilə tanış edir;

məhbuslara peşələr öyrədir. Lazım gəldikdə müqavilə əsasında məhbus fəhlələrin ixtisaslarını artırır;

cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində məhbuslara kütləvi surətdə müxtəlif peşələrin öyrədilməsi işinə metodiki köməklik göstərir;

rəhbərlik, mühəndis-pedaqoji işçiləri cəzaçəkmə müəssisəsində qoyulmuş rejimin tələblərinə riayət etməyə və məhbuslar üçün müəyyən edilmiş rejim qaydalarının gözlənilməsi işində bölmələrin rəhbərlərinə kömək etməyə borculudurlar;

şagirdlərin istehsalat avadanlıqlarına, alətlərə, qurğulara qayğılı münasibət bəsləmələrini, materiallardan, elektrik enerjisindən qənaətlə istifadə etmələrini, istehsalat işlərini keyfiyyətlə və vaxtında yerinə yetirmələrini, eləcə də texniki təhlükəsizlik və daxili qaydalara riayət etmələrini təmin edir.

 

IV. Təlim-tərbiyə işlərinin təşkili

10. Peşə məktəbində məhbusların təlimi istehsalatdan ayrılmamaqla təhsil nazirliyinin təsdiq etdiyi tədris planı və proqramları əsasında aparılır.

11. Peşə məktəbində əsas peşə hazırlığı istehsalat təlimidir. İstehsalat təlimi məktəbin tədris emalatxanalarında və ya müəssisələrdə, tikintilərdə həyata keçirilir. Şagirdlər istehsalat təlimi zamanı peşə üzrə bilik, bacarıq və vərdişlərə, işlərin vaxtında və təhlükəsiz yerinə yetirilməsinə, müasir texnikadan və qabaqcıl əmək nümunələrindən istifadə etməklə keyfiyyətli məhsul istehsalı üsullarına yiyələnirlər. Onlarda istehsalat və yüksək əmək mədəniyyəti, yenilikçilik və s. xüsusiyyətlər tərbiyə edilir. Peşə məktəbi və cəzaçəkmə müəssisəsinin müdiriyyətinin birgə əlaqəsi zamanı istehsalat şəraitinin və öyrədilən peşələrin xüsusiyyətlərindən asılı olaraq istehsalat təliminin təşkili formaları müəyyənləşdirilir.

12. Peşə məktəbində şagirdlərin nəzəri təlimi təcrübə ilə əlaqəli şəkildə və ümumi texniki, iqtisadi biliklərini əsasları və istehsalatın təşkili fənləri öyrədilməklə həyata keçirilir. Nəzəri fənlərin tədrisi lazımi qədər əyani və texniki təlim vasitələri ilə təchiz edilmiş tədris kabinetlərində, laboratoriyalarda və siniflərdə keçirilir.

13. Nəzəri və istehsalat təlimi dərsləri müəllimlərin və istehsalat təlimi ustalarının rəhbərliyi ilə cədvəl üzrə aparılır. Dərslərdə ümumqrup, briqada və fərdi tədris iş üsullarının, nəzəriyyədə qazanılmış bilik, bacarıq və vərdişlərin sərbəst və şüurlu surətdə istehsalatda tətbiq oluna biləcək iş üsullarından geniş istifadə edilir.

14. Peşə məktəbi şagirdlərinin təhsil müddətində müəyyən edilmiş ümumi rejimə riayət edilməklə və bölmənin istehsalat fəaliyyətinə ziyan gətirməməklə ayrı-ayrı tədris dərslərində birləşdirilməsinə icazə verilir.

15. Peşə məktəbində təhsil, buraxılış ixtisas imtahanları ilə başa çatır. Buraxılış ixtisas imtahanlarının tərkibinə cəzaçəkmə müəssisəsinin nümayəndəsi (sədr), peşə məktəbinin direktoru (sədr müavini) və işçiləri daxil edilir. Xüsusi dövlət idarələri tərəfindən nəzarət edilən peşələr üzrə komissiyanın tərkibinə həmin idarələrin nümayəndələri daxil edilir.

16. Buraxılış ixtisas imtahan komissiyasının işin məzmunu və buraxılış ixtisas imtahanlarının keçirilməsi qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatla müəyyənləşdirilir.

17. Şagirdlərin cəza müddətləri birlikdə peşə məktəbinin müdiriyyətinə, komissiya vasitəsilə onların vaxtından əvvəl buraxılışını təşkil etmək hüququ verilir.

18. Cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbində ixtisas imtahanlarını vermiş şagirdlərə attestat verilir.

19. Peşə məktəbini qurtarmaq haqqında attestat müəssisənin xüsusi şöbəsində olan məhbusun şəxsi işində saxlanılır. Attestat ona cəzaçəkmə müəssisəsindən buraxılanda verilir.

 

V. Şagirdlərin hüquq və vəzifələri

20. Peşə məktəbinin şagirdlərlə komplektləşdirilməsi məktəbin direktoruna və cəzaçəkmə müəssisəsinin rəhbərlərinə həvalə edilir. Şagirdlərin peşə məktəbinə qəbulu onların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə məktəbinin direktorunun əmri ilə aparılır.

21. Peşə məktəbinə göndərilmiş şəxslər səhhətlərinə görə seçdiyi peşə üzrə işləməyə yararlı olduqlarını müəyyən etmək üçün tibbi müayinədən keçməlidirlər.

22. Peşə məktəbinin şagirdləri dərslərə müntəzəm olaraq gəlməli və öyrədilən peşələr üzrə bilik, bacarıq və vərdişlərə dərindən yiyələnməyə borcludurlar. İntizamlı olmalı, davranış və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməli, məktəbin rəhbərlərinin, ustaların, müəllimlərin tələblərini və göstərişlərini yerinə yetirməlidirlər.

23. Şagirdləri dərslərdən ayıraraq onların əlavə işləri yerinə yetirmələrinə icazə verilmir.

24. Peşə məktəbinin şagirdləri üçün tədris planına əsasən işdən ayrılmamaq şərtilə hər tədris ilinin yarısından sonra on günlük tətil verilir. Şagirdlər imtahan vermək üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətdə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı yazılmır, yemək pulsuz verilir.

25. Peşə məktəbinin şagirdlərinə cəzaçəkmə müəssisəsinin ticarət mağazalarından öz hesabına dərsliklər, tədris vəsaitləri və yazı ləvazimatları almağa icazə verilir.

26. Üzürsüz səbəbə görə müntəzəm olaraq dərs buraxan, peşə almaqdan yayınan, eləcə də məktəbin daxili intizam qaydalarını pozan şagirdlər bütün ictimai və inzibati təsir vasitələrinin tətbiqindən sonra, cəzaçəkmə müəssisəsinin razılığı ilə peşə məktəbindən çıxarılır. Peşəsinə yiyələnə bilməyən, nəzəri və istehsalat təlimi dərslərindən qeyri-kafi qiymətlərlə oxuyan şagirdlər də məktəbdən çıxarıla bilər.

27. Peşə məktəbində oxuyan məhbuslara inzibati təsir tədbirlərinin tətbiqi peşə məktəbinin rəhbərliyinin təqdimatı ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən edilir.

 

VI. Məktəbin rəhbərliyi və pedaqoji işçilər

28. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbinə direktor başçılıq edir. O, bir qayda olaraq, məktəbin profilinə uyğun ali təhsilli, texniki peşə təhsili sahəsində iş təcrübəsinə malik şəxslərdən, məktəbin pedaqoji kollektivi tərəfindən seçilir və təhsil nazirliyi tərəfindən təsdiq edilir. Direktor peşə məktəbinə rəhbərlik etməklə şagirdlərin təliminə və tərbiyəsinə, tədris planı və proqramlarının yerinə yetirilməsinə, məktəbin tədris-istehsalat və maliyyə- təsərrüfat fəaliyyətinə, məhbuslardan fəhlələrin hazırlanması və ixtisaslarının artırılması planının yerinə yetirilməsinə məsuliyyət daşıyır. O, məktəbdə kadrların düzgün seçilərək yerləşdirilməsini, şagirdlərin komplektləşdirilməsini təmin edir, məktəbin ümumi işinə və dərslərin normal təşkili üçün tədris-maddi bazanın yaradılmasına cavabdehdir. Direktor pedaqoji kollektivin işinə rəhbərlik edir, müəllimlərin və ustaların ixtisaslarının və pedaqoji ustalıqlarının artırılmasına təsir göstərir, şagird kollektivinin fəaliyyətini istiqamətləndirir, onların təşəbbüsü və yaradıcılıqlarının inkişafına köməklik edir. Məktəbin direktoru pedaqoji kollektivin birgə səyləri ilə məhbusların təlimi və tərbiyəsi üçün dərsdənkənar vaxtlarda müxtəlif mədəni- kütləvi tədbirlər həyata keçirir.

29. Tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini bir qayda olaraq, məktəbin profilinə uyğun ali təhsili və texniki peşə təhsili sahəsində iş təcrübəsi olan şəxslərdən təhsil nazirliyi ilə razılaşdırıldıqdan sonra direktor tərəfindən təyin edilir. Tədris- tərbiyə və istehsalat işləri üzrə direktor müavini bilavasitə məktəbin tədris- tərbiyə və istehsalat işlərinə rəhbərlik edir, tədris planı və proqramların yerinə yetirilməsinə cavabdehdir, pedaqoji işçilərə rəhbərlik etməklə bərabər məktəbdə metodiki işi təşkil edir, dərsdənkənar tərbiyə işlərinin təşkilində işçilərə köməklik göstərir. Məktəbin ştat cədvəlində tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini vəzifəsi nəzərdə tutulmadıqda onun bütün vəzifələrini baş usta yerinə yetirir.

30. Baş usta, ali və ya orta ixtisas təhsili, yüksək ixtisas dərəcəsi və texniki peşə təhsili sahəsində iş təcrübəsi olan şəxslərdən direktor tərəfindən təyin edilir. Baş usta şagirdlərin istehsalat təliminin düzgün təşkilini və müvəffəqiyyətlə keçirilməsini təmin edir. O, istehsalat planlarının, sifarişlərin yerinə yetirilməsinə cavabdehdir, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsini izləyir, istehsalat təlimi ustalarının işinə rəhbərlik edir. Məktəbin ştat cədvəlində baş usta vəzifəsi nəzərdə tutulmadıqda, onun bütün vəzifələrini tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini yerinə yetirir.

31. Məktəbin istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, yüksək ixtisas dərəcəsi olan, peşəsi üzrə 3 il iş stajına malik şəxslərdən direktor tərəfindən təyin edilir. İstehsalat təlimi ustaları şagirdlərin iş yerində düzgün yerləşdirilməsini təşkil edir, onlara işlərin səmərəli yerinə yetirilməsi üsullarını, əməyin qabaqcıl metodlarla təşkilini öyrədir, iş yerində nizam-intizama riayət edilməsi, texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsi və təlimin keyfiyyətli təşkili üçün məsuliyyət daşıyır.

Peşə məktəbinin müəllimləri

32. Müəllimlər peşə mə ktəbinin direktorunun əmri ilə müvafiq ixtisaslar üzrə ali təhsili olan şəxslərdən təyin edilirlər. Müəllimlər tədris planı və proqramları əsasında nəzəri təlimi aparır, şagirdlərin şəxsi tərkibini nəzərə alaraq, dərslərin səmərəliliyini və keyfiyyətini təmin edir, şagirdlərin nəzəri cəhətdən keyfiyyətli hazırlığına, nizam-intizama riayət etmələrinə məsuliyyət daşıyır və dərsdənkənar tərbiyə işlərinin təşkilində iştirak edirlər.

 

VII. Məktəbin pedaqoji şurası və pedaqoji işlər

33. Təlim-tərbiyə prosesinə kollegial rəhbərlik, tədris-istehsalat və tərbiyə işləri üzrə əsas məsələlərin təşkili üçün peşə məktəbində pedaqoji şura təşkil edilir.

34. Məktəb pedaqoji şurasının tərkibinə məktəbin direktoru (sədr), tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları, cəzaçəkmə müəssisəsi rəhbərlərinin nümayəndələri daxildir.

35. Pedaqoji şura peşə məktəbinin iş planını, şagirdlərin dərslərə davamiyyətini, təlim-tərbiyə işlərinin yekunlarını, təlimin keyfiyyətinin yüksəldilməsinə yönəldilən tədbirləri müzakirə edir, müəllim və ustaların qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır.

36. Peşə məktəbində metodiki işləri gündəlik həyata keçirmək məqsədilə fənlər və peşələr üzrə metodiki komissiyalar yaradılır. Müəllimlər üçün metodiki komissiya iclasları, seminarlar və fərdi metodiki işlər təşkil edilir.

37. Peşə məktəbində tədris-metodiki işlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatı və göstərişlərinin tələbləri əsasında aparılır.

 

VIII. Peşə məktəbinin hüququ və maliyyələşdirilməsi

38. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi hüquqi şəxsdir, üzərində məktəbin adı göstərilən möhürü olur.

39. Bu əsasnaməyə uyğun olaraq peşə məktəbi özünün nizamnaməsini işləyib hazırlayır. Nizamnamə peşə məktəbinin ali orqanında qəbul olunur və peşə məktəbi dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.

40. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbinin mühəndis-pedaqoji işçilərinin əmək haqqı və ezamiyyət xərclərinin verilməsi təhsil nazirliyi tərəfindən təsdiq edilmiş illik smeta əsasında həyata keçirilir.

41. Peşə məktəbinin hər hansı bir işçisi cəzaçəkmə müəssisəsinin tapşırığı ilə ezamiyyətə göndərilərsə, həmin işçinin ezamiyyə xərcləri cəzaçəkmə müəssisəsinin hesabına ödənilir.

33. Təlim-tərbiyə prosesinə kollegial rəhbərlik, tədris-istehsalat və tərbiyə işləri üzrə əsas məsələlərin təşkili üçün peşə məktəbində pedaqoji şura təşkil edilir.

34. Məktəb pedaqoji şurasının tərkibinə məktəbin direktoru (sədr), tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları, cəzaçəkmə müəssisəsi rəhbərlərinin nümayəndələri daxildir.

35. Pedaqoji şura peşə məktəbinin iş planını, şagirdlərin dərslərə davamiyyətini, təlim-tərbiyə işlərinin yekunlarını, təlimin keyfiyyətinin yüksəldilməsinə yönəldilən tədbirləri müzakirə edir, müəllim və ustaların qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır.

36. Peşə məktəbində metodiki işləri gündəlik həyata keçirmək məqsədilə fənlər və peşələr üzrə metodiki komissiyalar yaradılır. Müəllimlər üçün metodiki komissiya iclasları, seminarlar və fərdi metodiki işlər təşkil edilir.

37. Peşə məktəbində tədris-metodiki işlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatı və göstərişlərinin tələbləri əsasında aparılır.

à  38. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi hüquqi şəxsdir, üzərində məktəbin adı göstərilən möhürü olur.

39. Bu əsasnaməyə uyğun olaraq peşə məktəbi özünün nizamnaməsini işləyib hazırlayır. Nizamnamə peşə məktəbinin ali orqanında qəbul olunur və peşə məktəbi dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.

40. Cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbinin mühəndis-pedaqoji işçilərinin əmək haqqı və ezamiyyət xərclərinin verilməsi təhsil nazirliyi tərəfindən təsdiq edilmiş illik smeta əsasında həyata keçirilir.

41. Peşə məktəbinin hər hansı bir işçisi cəzaçəkmə müəssisəsinin tapşırığı ilə ezamiyyətə göndərilərsə, həmin işçinin ezamiyyə xərcləri cəzaçəkmə müəssisəsinin hesabına ödənilir.

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, həbsxanalar, cəzaçəkmə müəssisəsi, peşə məktəbinin
Просмотров: 372 | Загрузок: 216 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0