AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişikliklər edilməsi barədə
[ · Скачать удаленно () ] 19.07.2012, 14:15

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

 

13 iyul 2012-ci il                                                                                                     № 3-N

 

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq, habelə "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 324-IVQD nömrəli Qanununun tətbiqi barədə” dövlət başçısının 2012-ci il 8 may tarixli 2211 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə "AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA  ALIR:

 

1. "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə "yoxlamalar aparıla” sözləri "yoxlamalar aparılır” sözləri ilə, "iştirak edilə bilər” sözləri "iştirak edir” sözləri ilə əvəz edilsin;

1.2. 3.10-cu bənddən, 3.11-ci bəndin ikinci cümləsindən, 6.3-cü bənddən, 7.3-cü bəndin birinci cümləsindən, 41.2-ci bənddən, 47.1-ci bəndin üçüncü cümləsindən, 49.2-ci bəndin birinci cümləsindən ", bir qayda olaraq,” sözləri çıxarılsın;

1.3. 3.12-ci bənddə "Zəruri hallarda, istehsalat” sözləri "İstehsalat” sözü ilə əvəz edilsin;

1.4. 7.3-cü bəndin ikinci cümləsində "Ayrı-ayrı hallarda” sözləri "Rejim korpuslarının quruluşu buna imkan vermədikdə” sözləri ilə əvəz edilsin;

1.5. 11.3-cü bəndin üçüncü cümləsində "pozuntusu kimi də qiymətləndirilə bilər” sözləri "pozuntusu kimi qiymətləndirilir” sözləri ilə əvəz edilsin;

1.6. 11.6-cı bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Xəstəliyi ilə əlaqədar karantində saxlanması mümkün olmayan məhkumlar həkimin rəyinə əsasən müəssisənin tibb-sanitariya hissəsində yerləşdirilir.”;

1.7. 13.2-ci bənd ləğv edilsin;

1.8. 13.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"13.3. Həbsxanada saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər, habelə cəzanın icrası qaydalarını qərəzli pozduğuna görə ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən həbsxanaya keçirilmiş məhkumlar müdiriyyətin əsaslandırılmış qərarı ilə (əlavə 7) aşağıdakı hallarda birnəfərlik kameralara keçirilir:”;

1.9. 13.5-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər istisna olmaqla, ümumi saxlanılma şəraitində saxlanılan məhkumlar cəzanın icrası qaydalarını qərəzli pozduqda, Cəzaların İcrası Məcəlləsinin 107.1.1—107.1.3-cü maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri verildikdən sonra, həbsxana müdiriyyətinin əsaslandırılmış qərarı (əlavə 8) ilə ciddi saxlanılma şəraitinə keçirilirlər.”;

1.10. 16.3-cü bəndin ikinci cümləsində, 30.7-ci bəndin ikinci cümləsində, 33.1-ci bəndin yeddinci cümləsində, 45.1-ci bənddə, 45.3-cü bəndin birinci və ikinci cümlələrində, 68.1-ci bəndin birinci cümləsində, 71.2-ci bənddə "edilə bilər” sözləri "edilir” sözü ilə əvəz edilsin;

1.11. 16.5-ci bəndin üçüncü cümləsində "keçirilməsi ola bilər” sözləri "keçirilməsidir” sözü ilə əvəz edilsin;

1.12. 18.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"İtaətsizlik, kütləvi iğtişaşlar, məhkumların qaçması zamanı, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə müəssisə rəisi və ya onu əvəz edən şəxs yoxlamanın günün istənilən vaxtlarında keçirilməsinə göstəriş verir.”;

1.13. 19.3-cü bəndin birinci cümləsində "oluna bilər” sözləri "olunur” sözü ilə əvəz edilsin;

1.14. 20.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"20.4. Kommunal-məişət obyektlərinin fasiləsiz işini təmin etmək məqsədi ilə həmin obyektlərdə çalışan məhkumlar müəssisə rəisinin icazəsi ilə öz dəstə və briqadalarından ayrı olaraq qida qəbul edirlər.”;

1.15. 21.2-ci bənddə "öz səlahiyyətləri çərçivəsində” sözləri çıxarılsın;

1.16. 22.3-cü bəndin yeddinci cümləsindən "mütəmadi” sözü çıxarılsın;

1.17. 23.11-ci bəndin üçüncü cümləsində "dayandırıla bilər” sözləri "dayandırılır” sözü ilə əvəz edilsin;

1.18. 26.1-ci bəndin ikinci cümləsində "məqsədi ilə” sözlərindən sonra "cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə” sözləri əlavə edilsin, "keçirilə bilər” sözləri "keçirilir” sözü ilə əvəz edilsin;

1.19. 28.6-cı bəndin birinci cümləsində "(Ombudsmana),” sözündən sonra "Milli preventiv qrupa,” sözləri əlavə edilsin, "bir gün ərzində (istirahət, bayram və ümumxalq hüzn günləri istisna olmaqla)” sözləri "bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

1.20. 28.11-ci bənddə "(Ombudsmana),” sözündən sonra "Milli preventiv qrupa,” sözləri əlavə edilsin;

1.21. 28.12-ci bənddə "zəruri hallarda isə” sözləri çıxarılsın;

1.22. 29.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"29.2. Cəza çəkməsinə mane olan ağır xəstəliklə əlaqədar cəza çəkməkdən azad etmə barədə məhkəməyə məhkumun özü, yaxud onun müdafiəçisi və ya qanuni nümayəndəsi ərizə, cəzaçəkmə müəssisəsinin rəisi isə təqdimat verir.”;

1.23. 30.6-cı bənddə "dayandırıla bilər” sözləri "dayandırılır” sözü ilə əvəz edilsin;

1.24. 31.4-cü bəndin ikinci cümləsində "keçirilə bilər” sözləri "keçirilir” sözü ilə əvəz edilsin;

1.25. 31.5-ci bəndin birinci cümləsində "oluna bilər” sözləri "olunur” sözü ilə əvəz edilsin;

1.26. 31.13-cü bəndin birinci cümləsində "keçirilə bilər” sözləri "keçirilir” sözü ilə əvəz edilsin;

1.27. 31.14-cü bənddə "zəruri hallarda” sözləri çıxarılsın, "edə bilərlər” sözləri "edirlər” sözü ilə əvəz edilsin;

1.28. 33.2-ci, 33.3-cü və 36.1-ci bəndlərdə, 38.1-ci bəndin birinci cümləsində; 39.3-cü bəndin üçüncü cümləsində, 40.2-ci bənddə, 40.2.2-ci yarımbənddə, 40.3-cü, 56.1-ci və 64.2-ci bəndlərdə, 72.9-cu bəndin ikinci cümləsində "verilə bilər” sözləri "verilir” sözü ilə əvəz edilsin;

1.29. 33.3-cü bənddə "müstəsna hallarda” sözlərindən əvvəl "bu Qaydaların 33.2-ci bəndində nəzərdə tutulmuş” sözləri əlavə edilsin;

1.30. 35.1-ci bəndin birinci cümləsində "görüş verilə bilər” sözləri "onun görüş almaq hüququ vardır” sözləri ilə əvəz edilsin;

1.31. 35.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"35.2. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi, təbii fəlakətlə əlaqədar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə məhkumlara bir ay ərzində bu Qaydalarla müəyyən edilmiş qaydada qısamüddətli görüşlərin sayından əlavə növbəti ayın hesabına bir qısamüddətli görüş verilir.”;

1.32. 38.1-ci bəndin birinci cümləsində "zəruri hallarda” sözləri çıxarılsın;

1.33. 39.3-cü bəndin üçüncü cümləsində "Ayrı-ayrı hallarda məhkuma” sözləri "Məhkuma” sözü ilə əvəz edilsin;

1.34. 39.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"39.4. Yerinə yetirdiklərin işin xüsusiyyətlərinə görə müşayiətsiz hərəkət etmək hüququ verilmiş məhkumların cəzaçəkmə müəssisəsinin ayrı yaşayış binalarında yerləşdirilir.”;

1.35. 40.2.2-ci yarımbəndində "səfərlər” sözü "səfərə icazə” sözləri ilə;

1.36. 40.6-cı bənddə "verilə bilər” sözləri "həyata keçirilir” sözləri ilə əvəz edilsin;

1.37. 40.7-cü bənddə "həyata keçirilə bilər” sözləri "həyata keçirilir” sözləri ilə əvəz edilsin;

1.38. 41.2-ci bənddə "müdiriyyəti” sözündən sonra "məhkumlarla birgə işləyən” sözləri əlavə edilsin;

1.39. 45.1-ci bənddə "keçirilə bilərlər” sözləri "keçirilir” sözü ilə əvəz edilsin;

1.40. 45.7-ci bəndin ikinci cümləsində "Zərurət olduqda” sözləri "Bu Qaydaların 45.1-ci bəndində göstərilən halların aradan qaldırılması mümkün olmadıqda” sözləri ilə, "uzadıla bilər” sözləri "uzadılır” sözü ilə əvəz edilsin;

1.41. 48.4-cü bənddə "müstəsna hallarda” sözləri çıxarılsın, "saxlanıla bilərlər” sözləri "saxlanılırlar” sözləri ilə əvəz olunsun;

1.42. 50.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"50.2. Məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə yaxın ərazidə olmaq və hər gün cəzaçəkmə yerinə qayıtmaq şərti ilə müəssisə rəisinin icazəsi ilə müəssisədən kənarda da əməyə cəlb olunurlar.”;

1.43. 50.3-cü bəndin birinci cümləsində "edə bilərlər” sözləri "edirlər” sözü ilə əvəz edilsin;

1.44. 50.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisədən kənarda işə düzələn məhkumun işdən yayınması barədə əsaslandırılmış məlumat əldə etdikdə, onun işdən yayınıb-yayınmaması yoxlanılır.”;

1.45. 51.3-cü bəndin birinci cümləsində "Zəruri hallarda” sözləri "Yerinə yetirilən işin xüsusiyyətlərinə görə” sözləri ilə, "edə bilər” sözləri "edir” sözü ilə əvəz edilsin;

1.46. 56.1-ci bənddə "olmadıqda,” sözündən sonra "və onlar ərizə ilə müraciət etdikdə,” sözləri əlavə edilsin;

1.47. 57.5-ci bənddə "edə bilərlər” sözləri "edirlər” sözü ilə əvəz edilsin;

1.48. 59.3-cü bəndin üçüncü cümləsində "Zərurət yarandıqda,” sözləri "Məhkumların islah edilməsinə, tərbiyəsinə, onların mənəvi inkişafına müsbət təsir göstərən, onlarda müsbət vərdişləri inkişaf etdirilməsinə yönələn verilişlərin təqdim edilməsi ilə əlaqədar” sözləri ilə, "uzadıla bilər” sözləri "uzadılır” sözü ilə əvəz edilsin;

1.49. 65.3-cü bənddə, habelə 39, 43, 49-52 nömrəli əlavələrdə "və ya məhkəməyə” sözləri "və məhkəməyə” sözləri ilə əvəz edilsin;

1.50. 66.2-ci bənddə "keçirilə bilərlər” sözləri "keçirilirlər” sözü ilə əvəz edilsin;

1.51. 69.4-cü bəndin birinci cümləsində "müstəsna hallarda,” sözləri çıxarılsın, "keçirilə bilərlər” sözləri "keçirilirlər” sözü ilə əvəz edilsin;

1.52. 69.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

"69.12. Cəzanın çəkilməsi qaydaları qərəzli pozulduqda, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumlar kamera tipli otaqlara, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar isə birnəfərlik kameralara yalnız Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 107.1.1—107.1.3-cü maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq edildikdən sonra keçirilir.”;

1.53. 69.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

"69.15. İntizam təcridxanasında rejim pozuntusuna yol vermiş məhkumlara intizam təcridxanasına keçirilmə növündə intizam tənbehi tətbiq edilə bilməz.”;

1.54. 69.16-ci bənd aşağıdakı redaksiyada verilsin:

"69.16. Cərimə təcridxanalarında rejim pozuntusuna yol vermiş məhkuma tənbeh tədbiri Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tətbiq edilir. Cərimə təcridxanasına keçirmə təkrarən tətbiq edildikdə, tənbehin yeni müddəti əvvəlki tənbehin müddəti başa çatdıqdan sonra hesablanır.”;

1.55. 70.1-ci bənddə "seçilə bilər” sözləri "seçilir” sözü ilə əvəz edilsin;

1.56. 70.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"70.6. Kamera tipli otaqda rejim pozuntusuna yol vermiş məhkuma — kamera tipli otağa keçirilmə növündə intizam tənbehi tətbiq edilə bilməz.”;

1.57. 71.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"71.5. Müalicə müəssisələrində intizamı müntəzəm olaraq pozan məhkumlar birnəfərlik xüsusi təcrid olunmuş palataya müəssisə rəisinin əsaslandırılmış qərarı ilə, müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə isə bununla yanaşı həkimin rəyi nəzərə alınmaqla keçirilir.”;

1.58. 72.9-cu bəndin ikinci cümləsində "Məhkum” sözü "Bu mümkün olmadıqda, məhkum” sözləri ilə;

1.59. 74.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"74.2. Hamiləliyə və doğuşa görə məzuniyyətdə olan məhkum qadınların və onların üç yaşına çatmayan uşaqlarının yemək və paltarla təmin olunması mümkün olmadıqda, onların arzusu ilə bunun əvəzinə müəyyən olunmuş məbləğdə pul verilir.”;

1.60. 74.4-cü bəndin ikinci cümləsində "Zəruri hallarda, məhkum” sözləri "Məhkum” sözü ilə, "yerləşdirilə bilər” sözləri "yerləşdirilir” sözü ilə əvəz edilsin;

1.61. 75.9-cu bənd aşağıdakı məzmunda verilsin:

"75.9. Müalicə müəssisələrində məhkumun müayinə və müalicəsini təmin etmək mümkün olmadıqda məhkumun özünün, yaxın qohumlarının və ya qanuni nümayəndəsinin müraciətinə əsasən, onun pullu xidmət göstərən tibb müəssisələrində müraciət etmiş şəxslərin hesabına müalicə olunmasına icazə verilir.”;

1.62. 77.1-ci bəndin üçüncü cümləsində "saxlanıla bilərlər” sözləri "saxlanılırlar” sözü ilə əvəz edilsin;

1.63. 79.6-cı bənddə "verilə bilər” sözləri "verilir” sözləri ilə əvəz edilsin.

 

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

 

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

               Fikrət Məmmədov

 

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: ömürlük, Azərbaycan, məhkumlar, həbsxanalar, intizam, Daxili İntizam Qaydaları
Просмотров: 541 | Загрузок: 235 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0