AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Daimi yaşayış yeri olmayan vərəm xəstələr üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası
[ Скачать с сервера (35.5 Kb) · Скачать удаленно () ] 04.08.2012, 23:58

"Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 367 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.RASİZADƏ

Bakı şəhəri, 13 oktyabr 2003-cü il
№ 133

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 oktyabr tarixli 133 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu
QAYDASI

 

1. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələr yaşayış və olduğu yer üzrə ərazi vərəm əleyhinə müəssisəsi (dispanser, şöbə, kabinet) tərəfindən dispanser müşahidəsinə götürülürlər.

Yoluxucu xəstəlik ocaqlarında vərəm əleyhinə müəssisələrin sifarişlərinə əsasən cari və tamamlayıcı dezinfeksiya tədbirləri aparılır. Ərazi gigiyena və epidemiologiya mərkəzləri bu işi təşkil edirlər.

2. İlkin aşkar edilmiş fəal vərəmli xəstələr barəsində xəstəliyi aşkar edən həkim tərəfindən müvafiq qaydada təsdiq edilmiş xəbərdarlıq vərəqəsi doldurularaq ərazi gigiyena və epidemiologiya mərkəzinə və vərəm əleyhinə tibb müəssisəsinə verilir.

3. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələrin dispanser müşahidəsi stasionar, ambulator və sanator müalicəsi ərazi vərəm əleyhinə müəssisələri və vərəm sanatoriyaları tərəfindən aparılır.

4. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələr ərazi vərəm əleyhinə müəssisələrdə stasionar müalicəni başa vurduqdan sonra onlarda klinik, rentgenoloji və bakterioloji sağalma müşahidə edildikdə, müalicəni ixtisaslaşdırılmış xəstəxana-internatlarda davam etdirirlər.

5. Xəstəxana-internatlara göndəriş vərəm əleyhinə müəssisənin həkim-məsləhət komissiyasının qərarı ilə verilir. Göndərişə xəstənin keçdiyi müayinə və müalicə metodları, onların nəticələri barədə ətraflı məlumatı əks etdirən arayış (xəstəlik tarixindən çıxarış) əlavə olunur.

6. Xəstəxana-internatlarda həyata keçirilən müalicə və reabilitasiya vərəm əleyhinə aparılan kompleks müalicə tədbirlərinin əsas etaplarından birini təşkil edir. Bu müalicə tədbiri ambulator və sanator müalicə etapını əvəz edir.

7. Xəstəxana-internatlara daxil olan xəstələr qeydiyyatdan keçdikdən sonra minimum müayinəyə cəlb olunurlar. Profilaktik müalicə təyin edilən zaman xəstələrin spesifik dərmanlara qarşı həssaslığı, yaşı və çəkisi nəzərə alınır.

8. Xəstəxana-internatlarda aparılan müalicənin taktikası və müddəti müəssisəsinin həkim-məsləhət komissiyası tərəfindən müəyyənləşdirilir.

9. Daimi yaşayış yeri olmayan, vərəm xəstəliyinə yoluxmuş şəxslər yaşayış yerini dəyişərkən onların müalicə və müşahidəsinə dair məlumatlar ərazi vərəm əleyhinə müəssisəsi tərəfindən yeni yaşayış yeri üzrə vərəm əleyhinə müəssisəyə göndərilir.

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, Sosial Adaptasiya, vərəm
Просмотров: 408 | Загрузок: 257 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0