AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında Fərman
[ Скачать с сервера (30.5 Kb) · Скачать удаленно () ] 05.08.2012, 00:13

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan Respublikasında vahid islah-əmək siyasətinin həyata keçirilməsi və istintaq təcridxanalarının fəaliyyətinin Avropa Şurasının standartlarına uyğunlaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 1 və 3 saylı, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanaları 1999-cu il noyabrın 1-dək bütün ştat vahidləri və balanslarında olan əmlakla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilsin.

2. Bu Fərmanın 1-ci bəndində göstərilən istintaq təcridxanalarının sıravi və rəis heyəti əmək haqqları saxlanılmaqla ədliyyə orqanları işçiləri adlandırılsın və bu heyətin statusu (rütbə, xidmət illəri və s.) müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin statusuna bərabər tutulsun.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

bu Fərmanla əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsinə dair müvafiq qanun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

istintaq təcridxanalarının Əsasnaməsini və səlahiyyəti daxilində müvafiq normativ hüquqi aktları hazırlayıb təsdiq etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
 HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 oktyabr 1999-cu il
№ 195

 

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, DİN, təcridxanalar, həbsxanalar
Просмотров: 368 | Загрузок: 260 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0