AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasının təsdiq edilməsi
[ · Скачать удаленно () ] 14.08.2011, 12:58
 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 123

29/05/2008 il

"Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

"Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi

Q A Y D A S I



I. Ümumi müddəa

Bu Qayda «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir.



II. Qulluq illərinin hesablanması qaydası

2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət;

2.1.2. ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət;

2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət;

2.1.4. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti;

2.1.5. ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət;

2.1.6. məzuniyyət dövrləri;

2.1.7. ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

2.1.8. peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

2.1.9. ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət.

2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

2.2.1. hakim vəzifəsində və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə işlədikləri müddət;

2.2.2. «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət;

2.2.3. hüquq mühafizə orqanlarının sıravi və rəis heyəti vəzifələrində, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında xidmət keçdikləri müddət;

2.2.4. ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;

2.2.5. hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin tədris kurslarına cəlb olunduqları dövr;

2.2.6. ədliyyə orqanlarında qulluq edərkən, seçkili orqanlara seçilmiş işçilərin həmin orqanlarda işlədikləri müddət;

2.2.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;

2.2.8. xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçdikləri müddət.

2.3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ədliyyə orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, yaxud Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qərarı əsasında ədliyyə orqanlarına bərpa edilmiş işçilərin ədliyyə orqanlarından xaric olunduqları gündən işə bərpa olunma haqqında əmrin verildiyi günədək olan ədliyyə orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən su i-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik ədliyyə orqanları işçilərinin tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir.

2.5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır.



III. Əlavə haqqın hesablanması və verilməsi qaydası

3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:

- 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz;

- 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz;

- 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz;

- 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz;

- 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;

- 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz;

- 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz;

- 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz.

3.2. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.3. Təqvim ayı ərzində əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

Eyni qayda ay ərzində ədliyyə orqanı işçisinin vəzifə maaşının və xüsusi rütbəyə görə əlavələrin dəyişməsi zamanı da tətbiq edilir.

3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır.



IV. Qulluq illərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası

4.1. Qulluq illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülə bilər.

4.2. Əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir.

4.3. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

4.4. Əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir.

4.5. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə və ya məhkəməyə şikayət verilə bilər.

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, qulluq illəri, Ədliyyə orqanları işçiləri
Просмотров: 465 | Загрузок: 221 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0