AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

İslah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Fərman
[ Скачать с сервера (32.0 Kb) · Скачать удаленно () ] 05.08.2012, 00:22

Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan Respublikasında hüquqi islahatların aparılması, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin təkmilləşdirilməsi, qarışıq rejimli islah-əmək müəssisələrinin yaradılması, islah-əmək müəssisələrində və istintaq təcridxanalarında saxlanılma şəraitinin və tibbi xidmətin yaxşılaşdırılması, qanunvericilik, təşkilati və digər tədbirlərin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

islah-əmək müəssisələrində, digər cəzaçəkmə yerlərində və istintaq təcridxanalarında olan şəxslərin saxlanılması şəraitinin yaxşılaşdırılması, onların tələbat mallarına olan ehtiyacının təmin edilməsi üçün tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin;

Ədliyyə Nazirliyi sistemində fəaliyyət göstərən tibb müəssisələrinin və xidmətlərinin işinin əsaslı surətdə yaxşılaşdırılması, onların zəruri tibbi avadanlıq və dərman ləvazimatları ilə təmin edilməsi üçün tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin;

qarışıq rejim növlərini nəzərdə tutan islah-əmək müəssisələrinin yaradılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

iki ay müddətində islah-əmək müəssisələri və istintaq təcridxanaları üçün ixtisaslı kadrların hazırlanması, onların peşə hazırlığının və ixtisaslarının artırılması məqsədilə Təlim-tədris mərkəzinin yaradılmasını, müvafiq bina və avadanlıqla təchiz olunmasını təmin etsin, onun Əsasnaməsini və strukturunu təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə zəruri olan əlavə maliyyə vəsaitlərinin ayrılmasını növbəti ilin büdcə layihəsində nəzərdə tutsun və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
 HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 oktyabr 1999-cu il
№ 194

 

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, Təlim-tədris mərkəzi, təcridxanalar, həbsxanalar, səhiyyə, islahatlar
Просмотров: 391 | Загрузок: 260 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0