AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydasının təsdiq edilməsi haqqında
[ · Скачать удаленно () ] 14.08.2011, 12:53

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 149

15/09/2001 il

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydasının təsdiq edilməsi haqqında

 Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydasının təsdiq edilməsi haqqında (əlavə və dəyişikliklər - №152 - 07/10/2002№224 - 14/10/2006№25 - 06/02/2007) 

"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Cəzalarının İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası" təsdiq edilsin (əlavə olunur). 

2. Müəyyən edilsin ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və əməyə cəlb edilmiş şəxslərin (əmək haqları vahid tarif cədvəlinə uyğun olaraq büdcədən ödənilən təsərrüfat xidmətində istifadə edilən məhkumlar istisna olmaqla) əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikası Baş naziri A.Rasi-zadə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası



1. Ümumi müddəalar.

1.1. Bu qayda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əmək haqqının ödənilməsi şərtlərini və digər qaydalarını müəyyən edir.

1.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əməyi, əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qüvvədə olan sahə əmsalları tətbiq edilməklə vahid tarif cədvəlləri əsasında ödənilir.

1.3. İş vaxtını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarında az olmamalıdır.

1.4. Natamam iş günü və ya atamam iş həftəsi ilə işləyən məhkumlara əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktiki hasilatına görə ödənilir.

1.5. Xidməti illərə görə verilən əlavələr istisna olmaqla, məhkumların əmək haqqına ağır və zərərli əmək şəraitinə görə əlavələr və əmək qanunvericiliyi ilə nəzərdə tutulan bütün növ digər əlavələr və mükafatlar tətbiq edilir.



2. Əmək haqqının ödənilməsi sistemi və növləri

2.1. Cəzaçəkmə müəssisəsində məhkumların əməyinin ödənilməsi sisteminin əsasını normalaşdırılmış və dəqiq uçotunun aparılması mümkün olan işəmuzd və vaxtamuzd əmək haqqı təşkil edir.

2.2. İşəmuzd əmək haqqı fərdi və kollektiv (briqada) əmək haqqı formalarına bölünür.

2.3. Fərdi işəmuzd əmək haqqı hesablanarkən məhkumun ümumi maaşı onun hazırladığı yararlı məhsulun kəmiyyətinə və hər məmulat vahidinə qoyulan işəmuzd qiymətlərə görə müəyyənləşdirilir.

2.4. Kollektiv (briqada) işəmuzd əmək haqqı forması ilə işləyən kollektivin (briqadanın) ümumi maaşı kollektiv (briqada) işəmuzd qiymətlər əsasında, onun müəyyən vaxt ərzində (növbə, həftə, ay) gördüyü işin nəticələrinə görə hesablanır. Lakin kollektivin (briqadanın) hər bir üzvünə maaş onun kollektivdə (briqadada) işlədiyi iş vaxtından və müəyyən edilmiş qaydalara əsasən ona verilmiş ixtisas dərəcəsindən asılı olaraq hesablanır.

2.5. Ümumi maaşın usta və ya briqadirin mülahizəsi ilə şərti ixtisas dərəcələri və yaxud əməkdə iştirak əmsalları tətbiq edilməklə bölüşdürülməsinə yol verilmir.

2.6. Məhkumlara vaxtamuzd əmək haqqının tətbiq edilməsinə yalnız görülən işin normalaşdırılması və dəqiq uçotunun aparılması mümkün olmayan hallarda yol verilir.

2.7. Vaxtamuzd əmək haqqı yorması ilə işləyən məhkumlara gündəlik tarif (vəzifə) maaşları və işəmuzd əmək haqqı formasında işləyən məhkumlar üçün işəmuzd qiymətlər hesablanarkən, saatlıq tarif (vəzifə) maaşları əmək qanunvericiliyində nəzərdə tutulan 40 saatlı iş həftəsi hesabı ilə müəyyən edilir.

İşçilərin ayrı-ayrı katiqoriyalarına Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və digər normativ hüquqi aktlara uyğun olaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək məhkumlar üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək məhkumlar və 1-ci, 2-ci qrup əlil olan məhkumlar, həmçinin cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərindəki uşaqları olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

2.8. Məhkumların əmək haqqı, əmək haqqına xidməti illərə görə əvvəllərdən başqa bütün əlavələr, mükafatlar və digər ödənişlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

2.9. Məhkumlara ixtisas dərəcələrinin verilməsi və onların icra etdikləri işlərin tarifləşdirilməsi fəhlə peşələrinin tarif-ixtisas sorğu kitabçalarına əsasən həyata keçirilir.

2.10. Məhkumlara ixtisas dərəcələrinin verilməsi və ixtisaslarının artırılması onların işlədikləri sahələrdəki işin mürəkkəbliyi və məhkumun nəzəri cəhətdən hazırlığı nəzərə alınmaqla həyata keçirilir. Bu işləri cəzaçəkmə müəssisələrində yaradılmış ixtisas komissiyası icra edir. Komissiyanın sədri cəzaçəkmə müəssisəsinin baş mühəndisi və ya müəssisə rəisinin istehsalat, təsərrüfat və maliyyə işləri üzrə müavini, üzvləri isə uyğun şöbə rəisləri və mütəxəssislərindən təyin olunurlar. Lazım gəldikdə komissiyanın tərkibinə respublikada əmək qanunvericiliyinə nəzarət edən dövlət nəzarət orqanlarının nümayəndələri cəlb oluna bilərlər.

2.11. İxtisas komissiyasının qərarı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilərək əmrlə rəsmiləşdirilir.

Məhkuma verilmiş ixtisas dərəcəsi onun şəxsi işinə və əmək kitabçasına yazılır.

2.12. Məhkumlar mühafizə qurğuları istisna olmaqla, cəzaçəkmə müəssisələrinin və onların ərazisinin abadlaşdırılması üçün köməkçi işlərə cəlb edildikdə onlara əmək haqqı ödənilmir.

Məhkumlar mühafizə qurğularının bərpasına yalnız təbii fəlakət, yaxud fövqəladə hallar nəticəsində mühafizə qurğularına vurulmuş zərərin aradan qaldırılması üçün cəlb edildikdə onlara əmək haqqı ödənilmir.



3. Mütəxəssislər və texniki icraçılar (digər qulluqçular)

3.1. Mütəxəssislər və texniki icraçılar (digər qulluqçular) vəzifələrini yerinə yetirən məhkumların vəzifə maaşları iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə bu vəzifələrin tarif-ixtisas sorğu kitabçalarında göstərilən əməyin ödənilməsi dərəcələrindən asılı olaraq müəyyən edilir. Bu halda vəzifə maaşlarının məbləği dövlət tərəfindən təsdiq edilmiş Vahid Tarif cədvəlində göstərilə vəzifə maaşlarının məbləğlərindən aşağı olmamalıdır.

3.2. İş stajı alınmaqla müəyyən olunan vəzifə maaşları tətbiq olunan vəzifələrdə işləyən məhkumlara vəzifə maaşları, ixtisası üzrə iş stajı nəzərə alınmaqdan, birinci il üzrə təyin edilir. Əgər tibb işçilərinə sağlamlıq üçün təhlükəli və ağır (xüsusilə ağır) iş şəraiti olan muəssisə, şöbə bölmə və vəzifələrin siyahısına əsasən artırılmış vəzifə maaşları tətbiq edilərsə, bu vəzifələrdə işləyən məhkumlara da həmin artımlar tətbiq edilir.



4. İstehsalat briqadaları briqadirlərin əmək haqqına əlavələr

4.1. İşəmuzd əmək haqqı forması ilə işləyən məhkumlar kollektivlərdə (briqadalarda) əsas işdən azad olunmamaqla kollektivə (briqadaya) rəhbərliyə görə məhkum briqadirlərə, briqadanın tərkibinə 15 nəfərədək məhkum olduqda onun vaxtamuzd saatlıq tarif (vəzifə ) maaşının 15 faizi çox olduqda isə 20 faizi miqdarında əmək haqqına əlavə hesablanır.

4.2. Vaxtamuzd əmək haqqı forması ilə işləyən məhkumlar kollektivlərdə (briqadalarda) əsas işdən azad olunmamaqla, briqadirliyə görə məhkum briqadirlərə, briqadanın tərkibində 10 nəfərədək məhkum olduqda onun saatlıq tarif (vəzifə) maaşının 10 faizi, 10 nəfərdən çox olduqda isə 15 faizi miqdarında əmək haqqına əlavə hesablanır.

4.3. Əsas işdən ayrılmaqla briqadirliyə icazə verilmir. Briqada müəyyən olunmuş iş normalarını yerinə yetirmədikdə, buraxılan məhsulun keyfiyyəti aşağı olduqda, material israfçılığına yol verildikdə briqadirliyə görə əmək haqqına əlavə hesablanmır.



5. Əlillərin əməyinin ödənilməsi

5.1. İşəmuzd işlərdə işləyən əlil məhkumların əmək haqqı onların istehsal etdiyi məhsulların kəmiyyət və keyfiyyətinə uyğun olaraq işəmuzd qiymətlərlə, vaxtamuzd işləyən əlil məhkumların əmək haqqı isə faktiki işlədikləri günlərə görə sağlam məhkumlar üçün müəyyən olunmuş saatlıq tarif (vəzifə) maaşları üzrə müəyyən edilir.

5.2. 1-ci, 2-ci qrup əlil və vərəm xəstəliyi olan 3-cü qrup əlil məhkumlar işəmuzd əmək haqqı üzrə işlədikdə, hasilat normaları sağlam məhkumların hasilat normalarından 20% aşağı təyin olunur. Bu halda əmək haqqı hesablandıqda, sağlam məhkumlar üçün müəyyən olunmuş işəmuzd qiymətlər tətbiq olunur.



6. Məhkumların peşə öyrəndikləri, ixtisasların dəyişdikləri və ikinci peşəyə yiyələndikləri şagirdlik dövrlərində əməyin ödənilməsi

6.1. İşəmuzd işlərdə işləyən şagirdlərin fəhlə ixtisasına fərdi qaydada yiyələndiyi dövrdə əmək haqqı aşağıdakı kimi hesablanır:

- 1-ci ayda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

- 2-ci ayda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 60 faizi;

- 3-ci vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 40 faizi;

- 4-cü və sonrakı aylarda, şagirdlik müddəti qurtaranadək - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində;

Bundan əlavə şagirdlər tərəfindən hazırlanmış yararlı məhsula görə onlara həmin məhsulun hazırlanması üçün təyin edilmiş vaxt normaları və işəmuzd qiymətlərlə əmək haqqı hesablanır.

6.2. Vaxtamuzd işlərdə işləyən şagirdlərin fəhlə peşəsinə fərdi qaydada yiyələndiyi dövrdə əmək haqqı aşağıdakı kimi hesablanır:

- 1-ci və 2-ci aylarda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

- 3-cü və 4-cü aylarda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 80 faizi;

- sonrakı aylarda, şagirdlik müddəti qurtaranadək - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 90 faizi;

Peşə öyrədən fəhlənin avadanlığında öyrədildikdə, işəmuzd işlərdə işləyən şagirdlərin əmək haqqı da bu qayda üzrə hesablanır.

6.3. Kollektiv (briqada) tərkibində peşə öyrənən şagirdlərin əmək haqqı aşağıdakı kimi hesablanır:

- 1-ci ayda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 75 faizi;

- 2-ci ayda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 60 faizi;

- 3-cü ayda - vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 40 faizi;

- 4-cü və sonrakı aylarda, şagirdlik müddəti qurtaranadək-vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 20 faizi.

Bundan əlavə ikinci aydan başlayaraq şagirdlərə briqadanın ümumi işəmuzd əmək haqqından vaxtamuzd 1 dərəcəli fəhlənin saatlıq tarif (vəzifə) maaşının 100 faizi qədər əmək haqqına əlavə müəyyən edilə bilər.

6.4. İstehsalat zərurəti ilə əlaqədar olaraq məhkumlara ikinci peşəyə yiyələndikləri və ya ixtisaslarını dəyişdikləri müddətdə əmək haqqı aşağıdakı kimi hesablanır:

- 1-ci ayda - əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqının 100 faizi;

- 2-ci ayda - əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqını n 70 faizi;

- 3-cü ayda - əvvəlki işin son üç ayından hesablanmış orta aylıq əmək haqqının 40 faizi;

Bundan əlavə həmin məhkumlara ikinci aydan başlayaraq hazırladıqları yararlı məhsula görə həmin məhsulun hazırlanması üçün müəyyən edilmiş vaxt normaları və işəmuzd qiymətlərlə əmək haqqı hesablanır.

6.5. Bilavasitə istehsalatda peşə öyrənən yetkinlik yaşına çatmayan məhkumlara əmək haqqı yalnız onların müstəqil hazırladıqları yararlı məhsula görə hesablanır.

6.6. Məhkumların peşə hazırlığı müddəti onların işlədikləri sahələrdəki işin mürəkkəbliyi nəzərə alınmaqla ixtisas komissiyası tərəfindən müəyyən olunur.



7. Məhkumların peşə öyrəndikləri, ixtisasların dəyişdikləri və ikinci peşəyə yiyələndikləri şagirdlik dövrlərində onlara təlim keçən ixtisaslı məhkum fəhlələrin əməyinin ödənilməsi

7.1 Məhkumların peşə öyrəndikləri, ixtisaslarını dəyişdikləri və ikinci peşəyə yiyələndikləri şagirdlik dövrlərində əsas işdən ayrılmamaqla onlara təlim keçən ixtisaslı fəhlələrin əmək haqqı aşağıdakı kimi hesablanır:

Şagirdlərə fəhlə peşəsini öyrətməyə görə

Adi iş şəraiti olan müəssisə və sexlərdə eyni vaxtda öyrənildikdə

Yeraltı işlərdə, isti sexlərdə və əmək şəraiti ağır və zərərli olan işlərdə eyni vaxtda öyrənildikdə

1 şagird

2 şagird

 3 və daha çox şagird

1 şagird

2 şagird

3 və daha çox şagird

Hər şagirdə görə manatla (ayda)

5000-ə qədər

4000-ə qədər

3000-ə qədər

6000-ə qədər

5000-ə qədər

4000-ə qədər

Məhkumlara ixtisaslarını artırmaq və ya ikinci ixtisas öyrətməyə görə

Adi iş şəraiti olan müəssisə və sexlərdə eyni vaxtda öyrənildikdə

Yeraltı işlərdə, isti sexlərdə və əmək şəraiti ağır və zərərli olan işlərdə eyni vaxtda öyrənildikdə

1 fəhlə

2 fəhlə

 3 və daha çox fəhlə

1 fəhlə

2 fəhlə

3 və daha çox fəhlə

Hər fəhləyə görə manatla (ayda)

4000-ə qədər

3000-ə qədər

2000-ə qədər

5000-ə qədər

4000-ə qədər

3000-ə qədər

7.2. Məhkumların peşə öyrəndikləri, ixtisaslarını artırdıqları və ikinci peşəyə yiyələndikləri dövrlərdə onları öyrədən fəhlələrin əmək haqqı həmin məhkumlar proqramda nəzərdə tutulan sınaqlardan keçdikdən sonra birdəfəlik hesablanır.

7.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı əmək müqaviləsi ilə işlədikləri müəssisə və təşkilat tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ümumi qaydalarla həyata keçirilir.

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tut ulmuş müddətdə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

Qeyd: Boşdayanmalarla, iş vaxtında artıq işə, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə, gecə vaxtı və çoxnövbəli işə görə haqqın ödənilməsi, zay məhsul istehsal edildikdə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

7.2. Məhkumların peşə öyrəndikləri, ixtisaslarını artırdıqları və ikinci peşəyə yiyələndikləri dövrlərdə onları öyrədən fəhlələrin əmək haqqı həmin məhkumlar proqramda nəzərdə tutulan sınaqlardan keçdikdən sonra birdəfəlik hesablanır.

7.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı əmək müqaviləsi ilə işlədikləri müəssisə və təşkilat tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq ümumi qaydalarla həyata keçirilir.

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutüà Zͺ Qeyd: Boşdayanmalarla, iş vaxtında artıq işə, istirahət və iş günü hesab edilməyən bayram günlərində işə, gecə vaxtı və çoxnövbəli işə görə haqqın ödənilməsi, zay məhsul istehsal edildikdə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, əmək haqqı, məhkumlar, həbsxanalar
Просмотров: 369 | Загрузок: 204 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0