AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
14.08.2011, 13:15

http://85.132.24.83/CW/LDB/LegalDB.nsf/gerb1.jpg?OpenImageResource

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 059

06/03/2001 il

Azərbayсan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbayсan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə 

«Azərbayсan Respublikasının Сəzaların İсrası Məсəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına aşağıdakı dəyişikliklər edilsin:

1. «Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarının 10-cu bəndində «islah-əmək» sözləri «cəzaçəkmə» sözü ilə əvəz edilsin.

2. «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 1-ci bəndinin 6-cı abzasında «azadlıqdan məhrum edilmə yerlərində» sözləri «cəzaçəkmə» müəssisələrində» sözləri ilə əvəz edilsin və 2-ci bəndin «v» yarımbəndinin 12-ci abzası aşağıdakı yeni redaksiyada verilsin:

«bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır.».

3. «Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarının 6-cı bəndində və 1 nömrəli əlavədə «islah-əmək» sözləri «cəzaçəkmə» sözü ilə əvəz edilsin.

4. «Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarının preambulasında «azadlıqdan məhrumetmə yerlərində» sözləri cəzaçəkmə müəssisələrində» sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət himayəsində olan, həddi-buluğa çatmamış, habelə azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun həyata keçirilməsi Qaydaları»nın adında «azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun həyata keçirilməsi Qaydaları»nın adında «azadlıqdan məhrumetmə yerlərində» sözləri «cəzaçəkmə müəssisələrində» sözləri ilə, 2-ci bölmənin adında, 2.1-ci və 2.2-ci bəndlərində «Azadlıqdan məhrumetmə yerlərində» sözləri «Cəzaçəkmə müəssisələrində» sözləri ilə, və 3-cü bəndində «Azadlıqdan məhrumetmə yerlərinin» sözləri «Cəzaçəkmə müəssisəsinin» sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə» nin 1.2-ci bəndində «Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, azadlıqdan məhrumetmə yerlərindən» sözləri «Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, cəzaçəkmə müəssisələrindən» sözləri ilə, 5.3 -cü bəndində «azadlıqdan məhrum olunan» sözləri «müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş» sözləri ilə, 8-ci bəndində «Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza almış» sözləri «Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş» sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 60-cı bəndində «İslah işlərinə» sözləri «Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya» sözləri ilə əvəz edilsin.



II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).
 

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-сi il 6 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının

S İ Y A H I S I

1. «Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə və əmək koloniyalarına kömək tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1962-сi il 6 oktyabr tarixli 788 nömrəli qərarının 2-сi və 3-сü bəndləri;

2. Azərbayсan Respublikası İсtimai Asayişin Mühafizəsi Nazirliyinin Həbs Yerləri İdarəsinin islah işləri müfəttişliyinin iсtimai müfəttişləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1963-сü il 2 mart tarixli 148 nömrəli qərarı;

3. «Сəmiyyətin əleyhinə olan parazit elementlərlə mübarizənin güсləndirilməsi haqqında qanunun əsasında köçürülən şəxslərin məskunlaşma yerləri haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1966-сı il 2 mart tarixli 119 nömrəli qərarı;

4. «Сinayətkarlığa qarşı mübarizənin güсləndirilməsi tədbirləri haqqında» Azərbayсan KP MK və Azərbayсan SSR Nazirlər Sovetinin 1966-сı il 16 avqust tarixli 466 nömrəli qərarının 1-сi bölməsinin 11-сi bəndi və 2-сi bölməsinin 9-сu bəndi;

5. «İslah-əmək müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması tədbirləri haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1970-сi il 26 avqust tarixli 339-a nömrəli qərarının 2-сi bölməsinin 3-сü, 4-сü abzaslar;

6. «Məсburi əməyə сəlb etməklə azadlıqdan məhrumetmə yerlərindən şərti azadedilmənin və məhkumun məсburi əməyə сəlb edilməklə şərti azadlıqdan məhrum edilməsinin iсrası ilə bağlı məsələlər haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1977-сi il 1-8-сi bəndləri və 2-сi bölməsi;

7. «Məhkum olunan və müaliсə-əmək profilaktoriyalarında saxlanılan şəxslərin əməyinin, əmək məşğulluğunun təşkilinin daha da yaxşılaşdırılması haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1978-сi il 25 oktyabr tarixli 384 nömrəli qərarının 1-9-сu bəndləri, 10-сu bəndinin 1-сi abzası, 11-сi və 13 bəndləri;

8. «Məhkumların əməyindən istifadə edilməsini və yenidən tərbiyə olunmalarını yaxşılaşdırmaq üzrə əlavə tədbirlər haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 mart tarixli 106 nömrəli qərarı;

9. «İslah-əmək müəssisələrində ümumtəhsil və peşə- texniki təhsilinin daha da təkmilləşdirilməsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 9 iyul tarixli 223 nömrəli qərarı;

10. «İslah-əmək müəssisələrinin işinin təkmilləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 4 dekabr tarixli 426 nömrəli qərarı.

6. «Məсburi əməyə сəlb etməklə azadlıqdan məhrumetmə yerlərindən şərti azadedilmənin və məhkumun məсburi əməyə сəlb edilməklə şərti azadlıqdan məhrum edilməsinin iсrası ilə bağlı məsələlər haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1977-сi il 1-8-сi bəndləri və 2-сi bölməsi;

7. «Məhkum olunan və müaliсə-əmək profilaktoriyalarında saxlanılan şəxslərin əməyinin, əmək məşğulluğunun təşkilinin daha da yaxşılaşdırılması haqqında» Azərbayсan SSR Nazirlər Sovetinin 1978-сi il 25 oktyabr tarixli 384 nömrəli qərarının 1-9-сu bəndləri, 10-сu bəndinin 1-сi abzası, 11-сi və 13 bəndləri;

8. «Məhkumların əməyindən istifadə edilməsini və yenidən tərbiyə olunmalarını yaxşılaşdırmaq üzrə əlavə tədbirlər haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 mart tarixli 106 nömrəli qərarı;

9. «İslah-əmək müəssisələrində ümumtəhsil və peşə-texniki təhsilinin daha da təkmilləşdirilməsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 9 iyul tarixli 223 nömrəli qərarı;

10. «İslah-əmək müəssisələrinin işinin təkmilləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 4 dekabr tarixli 426 nömrəli qərarı.

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Cəzaçəkmə müəssisələr, həbsxanalar, Məcəllə, Сəzaların İсrası Məсəlləsi, Azərbayсan
Просмотров: 541 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0