AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında
14.08.2011, 13:25

http://85.132.24.83/CW/LDB/LegalDB.nsf/gerb1.jpg?OpenImageResource

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 135

05/12/1997 il

Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (əlavə və dəyişikliklər - №21 - 24/01/2001№59 - 06/03/2001№21 - 04/02/2002№25 - 06/02/2007)  

Azərbaycan Respublikası Prezidentinin "Xroniki alkoqoliklərin və narkomanların məcburi müalicəsinin təşkili haqqında” 1997-ci il 27 yanvar tarixli 547 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə” təsdiq edilsin. 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmişdir

Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimini, normativlərini və müalicə qaydalarını müəyyən edir.

1.2. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, cəzaçəkmə müəssisələrindən azad edilmiş lakin, müalicəsinin davam etdirilməsi zəruri olan xroniki alkoqoliklərin və narkomanların müalicəsi üçün Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələri (İTM) fəaliyyət göstərir.

2. İTM-də tibbi-sanitar xidməti

2.1. İTM-in tibbi heyəti bütün xüsusi müalicə kompleksini təşkil edir və həyata keçirir, İTM-də saxlanılan şəxslərin əməyindən istifadə olunması məsələlərində məsləhət verir, sanitar-gigiyenik qaydalara və epidemiya əleyhinə tədbirlərə əməl olunmasına nəzarəti təmin edir və sanitariya-maarifi işini həyata keçirir.

2.2. İTM-in tibbi heyəti müalicə-profilaktik və sanitariya eksepidemik işlərin aparılmasında səhiyyə haqqında qüvvədə olan qanunu, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmr və kollegiya qərarlarını rəhbər tutur.

2.3. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin müəssələrdə işləyən tibbi heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühavizəsini təmin etməyə borcludurlar.

3. İTM-də əməyin və təlimin təşkili 3.1. İTM-də saxlanılan şəxsin islah və tərbiyə olunması onların mütləq ictimai faydalı əməyə cəlb olunmasına əsaslanır, onlar müdiriyyətin təyinatı ilə işləməyə borcludurlar.

Məcburi müalicədə olan şəxslərin xəstəliyinin spesifikliyini nəzərə alaraq onları əməyə cəlb etmək üçün emalatxanalar və köməkçi təsərrüfatlar bilavasitə İTM-in yaxınlığında yerləşdirilməli və ümumi hasarla əhatə olunmalıdır.

3.2. İTM-də saxlanılan şəxslərin əməyə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla təşkil olunur.

3.3. İTM-də saxlanılan şəxslər üçün 8 saatlıq iş günü müəyyən olunur. Onlara həftədə bir istirahət günü verilir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onlar bayram günləri işdən azad olunurlar.

Bazar və iş günü hesab edilməyən bayram günləri onların işə cəlb olunmasına ehtiyac olduqda ay ərzində başqa günlərdə onlara istirahət verilir. İTM-də xəstənin işlədiyi müddət onun ümumi əmək stajına daxil olur.

3.4. İTM-də olan şəxslərə müstəsna hallarda, yaxın qohumunun vəfat etməsi və ya həyat üçün təhlükəli olan ağır xəstəliyi, həmin şəxsə və ya onun qohumuna ağır maddi ziyan vurmuş təbii fəlakət zamanı 10 gündən çox olmayaraq İTM-dən çıxmaq üçün qısamüddətli icazə verilə bilər.

Qısamüddətli çıxıb getmə üçün icazə məhkəmə orqanları ilə razılaşdırılmaqla müdiriyyət tərəfindən, İTM-də saxlanılan şəxsin şəxsiyyəti və davranışı nəzərə alınmaqla verilir. Həmin şəxsin İTM-dən kənarda olduğu müddət İTM-də olma müddətinə hesablanır. Gediş haqqı onların özləri və ya qohumları tərəfindən ödənilir. İTM-dən kənarda olduğu zaman həmin şəxsə əmək haqqı hesablanmır.

3.5. İTM-də saxlanılan şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi şərt və qaydalara əməl olunmaqla xalq təsərrüfatının müvafiq sahələrinin və peşələrinin işçiləri üçün müəyyən olunmuş normativ tarif üzrə aparılır.

3.6. İTM-də saxlanılan şəxsin əmək haqqından İTM-in s axlanılmasına sər f olunan xə rclərin qismən ödənilməsi üçün, həmçinin müəyyən olunmuş qaydada digər tutulmalar aparılır. İTM-də saxlanılan şəxsin şəxsi hesabına əmək haqqından tutulan bütün tutulmalardan asılı olmayaraq ona hesablanmış əmək haqqından 10%-dən az olmayaraq əmək haqqı keçirilir.

3.7. İTM-də saxlanılan şəxslər əmək haqqı ödənmədən yalnız İTM-in və ona bitişik ərazinin abadlaşdırılması, həmçinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması işlərinə cəlb oluna bilər.

İTM-də saxlanılanlar bu işlərə bir qayda olaraq növbətçilik əsasında iş vaxtından kənar vaxtlarda cəlb olunurlar və onların müddəti həftədə iki saatdan çox olmamalıdır.

3.8. İTM-də olan və istehsalat ixtisası olmayan şəxslər üçün müəyyən olunmuş qaydada peşə-texniki təlim təşkil olunur.

4. İTM-də saxlanılan şəxslərin əsas vəzifə və hüquqları

4.1. İTM-də saxlanılan şəxslər bu Əsasnamə ilə müəyyən olunan məhdudiyyətlər çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün qanunda müəyyən olunmuş vəzifələrə və hüquqlara malikdirlər.

4.2. İTM-də saxlanılan şəxslər:

mövcud qanunvericiliyin tələblərinə, həmçinin müəssisənin daxili nizam-intizam qaydalarına dəqiq və ciddi əməl etməyə;

vicdanla işləməyə və xüsusi müalicə üzrə tibbi heyətin tələblərini yerinə yetirməyə;

əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etməyə;

əmlaka ehtiyatlı yanaşmağa, yaşayış və istehsalat binalarında və İTM-in ərazisində təmizliyi və səliqəni gözləməyə, şəxsi gigiyenaya əməl etməyə;

nəzakətli olmağa borcludurlar.

 4.3. İTM-də saxlanılan şəxslərin şikayət, ərizə və təkliflərlə dövlət orqanlarına, ictimai təşkilatlara və vəzifəli şəxslərə müraciət etmək hüquqları var. Onların şikayət, ərizə və təklifləri İTM-in daxili nizam qaydalarına müvafiq olaraq aidiyyəti üzrə göndərilir və qanunda müəyyən olunmuş qaydada həll olunur.

5. İTM-də saxlanılan şəxslərə tətbiq olunan həvəsləndirmə və tənbeh etmə tədbirləri

5.1. Altı aylıq müalicədən sonra müalicə uğurlu olarsa, tibbi rəyə əsasən müəssisədə olan şəxsin müalicə müddəti yarı müddətdən çox olmayaraq qısaldılır, müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və qərar əsasında xəstə evə buraxılır. İTM-ə təkrar göndərilmiş şəxslərə müddətin qısaldılması tətbiq olunmur (müstəsna hallardan başqa).

5.2. İTM-in daxili nizam qaydalarını pozan və ya iş-müalicədən yayınan şəxslərə əmək qanunvericiliyində nəzərdə tutulan cəzalar tətbiq olunur.

5.3. İTM-də və ya ora qəbul olunanadək törədilmiş cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya azadlığı məhdudlaşdırılan şəxslər cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam etdirmək üçün İTM-ə göndərilməlidirlər.

6. İTM-in maddi-məişət təminatı, rejimi və müalicə növləri

6.1. İTM-də saxlanan şəxslər zəruri mənzil-məişət şəraitləri və sanitariya-gigiyena qaydaları ilə təmin olunurlar.

İTM-də saxlanan hər bir şəxsə düşən yaş ayış sahəsi 2 kvadrat metr dən az olmamalıdır. Bir otaqda isə 10 nəfərə qədər xəstə yerləşdirilə bilər.

6.2. İTM-də saxlanan hər bir şəxsə fərdi yataq yeri və geyim ləvazimatı verilir, onlar mövsümə və məişət şəraitinə uyğun geyim, alt paltarları və ayaqqabı ilə təmin olunurlar, müəyyən olunmuş norma üzrə qida alırlar.

6.3. İ TM-də imkan daxilində narkomanlar, xroniki alkoqoliklər və yeni yetmələr biri-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır.

6.4. İTM-ə yeni daxil olan xəstələr məcburi müalicə tibbi xarakterli tədbirlərlə və xəstələrin davranışının korreksiya olunmasına onların itirilmiş və ya enmiş sosial funksiyaların bərpa olunmasına (tibbi və sosial readaptasiya) yönəldilmiş tədbirlər kompleksi ilə təmin olunur.

6.5. Alkoqol əleyhinə və ya narkotik əleyhinə xüsusi müalicə ilə yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik və psixoloq-pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Alkoqolizm və ya narkomaniyalı xəstələrin sosial reabilitasiyası prosesinin təmin olunmasında əmək tərbiyəsinin xüsusi əhəmiyyəti olduğuna görə ictimai faydalı əmək (əmək müalicəsi) məcburi müalicənin ən vacib komponentidir.

6.6. Detoksikasion terapiya alkoqoldan və ya narkotik maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinonsiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-yə daxil olan kimi başlanır və İTM-də saxlanan digər şəxslərdən izolyasiya olunmaqla stasionar şəraitində aparılır.

6.7. Alkoqol əleyhinə və ya narkotik əleyhinə xüsusi müalicə (sensibilizasiya, şərti-reflektor terapiya) xəstəyə belə müalicənin təyin olunması haqqında xəstənin yazılı ərizəsi olduqda aparılır.

6.8. Alkoqolizm və ya narkomaniyalı xəstələrin psixoterapiyası onun bütün növ və formalarında differensə olunmuş və ardıcıl olaraq xəstələri İTM-in şəraitinə adaptasiya olunmasına anozoqnoziyanın dəf olunmasına, könüllü olaraq müalicəyə və ayıqlığa meylin hasil olunmasına yönəldilir.

Müalicənin bütün mərhələlərində əsas forma qrup psixoterapiyasıdır. Müalicədən yayınan, xüsusilə şəxsiyyətin psixopatoloji dəyişikliyi ilə əlaqədar olan affektiv davranışlı xəstələrə fərdi nəzarət və əlavə psixofarmakorreksiya lazımdır.

6.9. İTM- də gün rejimi müalicənin mərhələsindən asılıdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Xroniki alkoqolizm və ya narkomaniyalı xəstələrin məcburi müalicəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sistemində təşkil və təmin olunması haqqında təlimat”a əsasən tənzim edilir.

7. İTM-dən evə yazılma

7.1. İTM-də olan şəxs təyin olunmuş məcburi müalicə müddəti qurtardıqdan sonra evə yazıla bilər və bu haqda qəbul olunmuş qaydada məhkəmə orqanlarına sənəd göndərilir.

7.2. İTM-də saxlanan şəxs onun bu idarədə qalmasına mane olan xroniki-ruhi və digər ağır xəstəliklərlə xəstələndikdə müdiriyyət məhkəmə orqanlarının razılığı ilə həmin şəxsin vaxtından əvvəl İTM- dən ayrı xəstəxanaya köçürülməsi məsələsini həll edir.

7.3. İTM-dən xəstəliyə görə vaxtından əvvəl evə yazdıqda müdiriyyət belə şəxslərin yerli səhiyyə orqanları vasitəsilə müalicəsinin təşkil olunması üçün lazım olan tədbirləri görür və ya onları öz qohumlarına təhvil verir, qohumları olmadıqda isə onların əlillər və qocalar üçün internat evlərdə yerləşdiri lməsi barədə sosial-tə minat idarələri qarşısında məsələ qaldırır. Lakin qulluq tələb olunduğu hallarda müdiriyyət belə şəxslərin müvafiq idarələrə və ya seçilmiş yaşayış yerinə aparılmasını təşkil edir.

Ehtiyac olduğu hallarda müdiriyyət xəstəliyə görə İTM-dən vaxtından əvvəl evə yazılmış şə xslərin işlə təmin olunması üçün tə dbirlər görür.

7.4. Xəstənin şəxsiyyət vəsiqəsi o lmadıqda müdiriyyət onun evə yazılmasından iki ay əvvəl şəxsiyyət vəsiqəsi verilməsi üçün lazım olan materialları İTM-nin yerləşdiyi ərazi üzrə daxili işlər orqanlarına göndərir.

7.5. Əgər İTM-də olma müddəti bazar və ya iş günü hesab edilməyən bayram günü qurtarırsa, onda həmin şəxs şənbə və yaxud bayramdan əvvəlki gün evə yazılır.

Xəstə ilə tam hesablaşma aparılır, şəxsi əşya, sənəd və pulları ona qaytarılır. Əgər İTM-dən evə yazılarkən həmin şəxs əmlakın dəyərini tam ödəmək imkanına malik deyilsə, onda ödənilməmiş məbləğ xüsusi vəsait hesabına silinir. Evə yazılan şəxsin əmək kitabçası olmadıqda ona İTM-dəki işin müddəti və xarakteri haqqında arayış verilir.

 

Категория: Подзаконные акты | Добавил: Admin | Теги: Azərbaycan, narkomanlar, tibb yardımı, Cəzaçəkmə müəssisələr, Məhkum, hebsxanalar, alkoqoliklər, azad edilmiş
Просмотров: 551 | Загрузок: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0