AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Законы

2007 - Bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər haqqında qanun
[ Скачать с сервера (37.5 Kb) · Скачать удаленно () ] 28.03.2010, 16:42

Əlavəyə bax

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Şrift ölçüsü: Decrease font Enlarge font
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No 4, II kitab, maddə 251, No 5, maddə 323, No 12, maddə 835; 2001-ci il, No 1, maddə 24, No 7, maddə 455; 2002-ci il, No 1, maddə 9, No 5, maddələr 236, 248, 258, No 6, maddə 326, No 8, maddə 465; 2003-cü il, No 6, maddələr 276, 279, No 8, maddələr 424, 425, No 12, I kitab, maddə 676; 2004-cü il, No 1, maddə 10, No 4, maddə 200, No 5, maddə 321, No 8, maddə 598, No 10, maddə 762, No 11, maddə 900; 2005-ci il, No 1, maddə 3, No 6, maddə 462, No 7, maddə 575, No 10, maddə 904, No 11, maddə 994; 2006-cı il, No 2, maddələr 71, 72, 75, No 5, maddə 390, No 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No 2, maddə 68, No 5, maddə 398; No 6, maddələr 560, 562, 579; No 8, maddə 757) aşağıdakı məzmunda 317-1-ci və 317-2-ci maddələr əlavə edilsin: 
"Maddə 317-1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
317-1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi 
317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317-2.2. Eyni əməllər təkrar törədildikdə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. 

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No 8, I kitab, maddə 584; 2001-ci il, No 1, maddə 24, No 3, maddə 139, No 7, maddə 455, No 11, maddələr 680, 698, No 12, maddə 731; 2002-ci il, No 1, maddə 9, No 4, I kitab, maddə 165, No 5, maddələr 234, 237, 239, No 6, maddə 326, No 8, maddə 463, No 12, maddə 692; 2003-cü il, No 1, maddələr 3, 13, 23, No 4, maddələr 177, 178, No 5, maddə 228, No 6, maddələr 257, 276, 279, No 8, maddələr 407, 425, No 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No 1, maddələr 6, 7, 10, 13, No 4, maddələr 200, 201, 204, No 5, maddələr 313, 314, 317, 321, No 6, maddə 397, No 8, maddələr 596, 597, No 10, maddələr 762, 779, No 11, maddə 900, No 12 maddə 973; 2005-ci il, No 1 maddələr 5, 6, No 2 maddə 61, No 4 maddələr 272, 273, 275, 278, No 6, maddələr 462, 466, No 7, maddə 576, No 8, maddələr 691, 692, No 10, maddələr 875, 877, 904, No 11, maddələr 993, 994, 995, No 12, maddələr 1083, 1085; 2006-cı il, No 2, maddələr 64, 68; No 3, maddələr 219, 220, 223, 225, No 5, maddə 385, No 6, maddə 478; No 11, maddələr 923, 924, 932, No 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No 1, maddələr 3, 4, No 2, maddələr 65, 68, No 5, maddələr 397, 398, 401, 440, No 6, maddələr 560, 561, 562, 579; No 8, maddə 757; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD nömrəli, 19 oktyabr tarixli 455-IIIQD nömrəli, 6 noyabr tarixli 478-IIIQD və 481-IIIQD nömrəli, 7 dekabr tarixli 508-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 
1. 343-cü maddə çıxarılsın. 
2. 360.1-ci maddədən "343,” rəqəmi çıxarılsın. 

III. Azərbaysan Respublikasının Sinayət-Prosessual Məsəlləsinin (Azərbaysan Respublikasının Qanunverisilik Toplusu, 2000-si il, No 8, (II kitab), maddə 585; 2001-si il, No 7, maddə 455; 2002-si il, No 1, maddə 9, No 5, maddə 233, No 8, maddə 463; 2003-sü il, No 6, maddə 276; 2004-sü il, No 5, maddə 321, No 7, maddə 505, No 8, maddə 598, No 10, maddə 761; No 11, maddə 890; 2005-si il, No 1, maddə 4, No 4, maddə 278, No 6, maddə 462, No 8, maddə 686, No 10, maddə 874, No 12, maddə 1079; 2006-sı il, No 1, maddə 3, No 2, maddə 64; No 5, maddə 390; No 10, maddə 847, No 11, maddə 929, No 12, maddə 1032; 2007-ci il, No 8, maddə 756; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 424-IIIQD nömrəli Qanunu) 215.3.1-ci maddəsində "317,” rəqəmindən sonra "317-1.2,” rəqəmi əlavə edilsin. 

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 dekabr 2007-ci il.

Категория: Законы | Добавил: Admin | Теги: qanun, Azərbaycan, dəyişiklər, CM
Просмотров: 387 | Загрузок: 291 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0