AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам

В разделе материалов: 163
Показано материалов: 51-60
Страницы: « 1 2 ... 4 5 6 7 8 ... 16 17 »

1. Bu Təlimat cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir.

2. Cəzaçəkmə müəssisələrinə nəzarət — müəyyən edilmiş cəzaçəkmə rejiminin təmin olunmasına yönəldilmiş, cəzaçəkmə müəssisələrinin zabit və nəzarətçilər heyəti tərəfindən həyata keçirilən, iş və yaşayış yerlərində məhkumların davranışına nəzarət və müşahidə sistemidir.

3. Cəzaçəkmə müəssisələrində cəzaçəkmə rejimi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

4. Cəzaçəkmə müəssisələrində nəzarətə daxildir:

Подзаконные акты | Просмотров: 401 | Загрузок: 314 | Добавил: Admin | Дата: 04.08.2012

ПОСТАНОВЛЕНИЕ КАБИНЕТА МИНИСТРОВ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
от 3 августа 2011 года №126
Подзаконные акты | Просмотров: 413 | Загрузок: 0 | Добавил: Admin | Дата: 03.08.2012

1. Ümumi müddəalar

 1.1. Bu Təlimat Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət məcəllələrinə, habelə digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatının aparılması, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin təşkili qaydalarını müəyyən edir.

Подзаконные акты | Просмотров: 358 | Загрузок: 70 | Добавил: Admin | Дата: 19.07.2012

"10” fevral 2011-ci il

            № 8-S

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2010-cu il 19 noyabr tarixli 16-T nömrəli əmri ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 2010-cu il 30 dekabr tarixdə dövlət qeydiyyatına alınması (şəhadətnamə № 4091) ilə əlaqədar aşağıdakı normativ hüquqi aktların dövlət qeydiyyatı ləğv edilsin:

1. Ədliyyə Nazirliyinin 2004-cü il 24 mart tarixli 13-T nömrəli əmri ilə təsdiq edilmiş və 2004-cü il 9 aprel tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3044) "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”;

2. Ədliyyə Nazirliyinin 2007-ci il 4 may tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş və 2007-ci il 19 iyun tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3311) "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na dəyişikliklər və əlavələr”;

3. Ədliyyə Nazirliyinin 2009-cu il 14 sentyabr tarixli 29-T nömrəli əmri ilə təsdiq edilmiş və 2009-cu il 25 sentyabr tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3472) "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na dəyişiklik”;

4. Ədliyyə Nazirliyinin 2010-cu il 16 iyun tarixli 10-T nömrəli əmri ilə təsdiq edilmiş və 2010-cu il 1 iyul tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3898) "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na əlavələr və dəyişikliklər”.

Подзаконные акты | Просмотров: 440 | Загрузок: 208 | Добавил: Admin | Дата: 19.07.2012

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ  QƏRARI

 

Cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi qaydalarının təkmilləşdirilməsi barədə

 

 

29.11.2011-ci il                                                                                                          №4-N

 

Son illər penitensiar müəssisələrdə saxlanılan şəxslərin sağlamlığının qorunması, onlara göstərilən tibbi yardımın səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Penitensiar müəssisələr ən müasir tibbi avadanlıq və dərman pereparatları ilə təmin edilmiş, minlərlə məhkum hərtərəfli tibbi müayinədən keçirilmiş, vərəm xəstəliyinə qarşı mübarizədə zəruri preventiv tədbirlər görülmüş, bu xəstəliyə yoluxmuş məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində xüsusi laboratoriya yaradılmış, yeni müalicə korpusları istifadəyə verilmişdir.

Görülmüş işlərin nəticəsində məhkumlar arasında baş vermiş ölüm hadisələrinin, o cümlədən vərəm xəstəliyindən ölənlərin sayı ilbəil nəzərəçarpacaq dərəcədə azalmaqdadır.

Həmçinin, vərəmlə ən müasir üsullarla mübarizə işində ölkəmizin əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə böyük maraq doğurmuşdur.

Eyni zamanda cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların tibbi müayinəsinin aparılmasına də diqqət yetirilmiş, bu sahəni tənzimləyən normativ sənəd qəbul edilmiş, həmin şəxslərin tibbi şəhadətlənidilməsini həyata keçirmək üçün nazirliyin Tibb baş idarəsində xüsusi komissiya yaradılmış, onlarla məhkum barəsində aidiyyəti rəylər verilmişdir.

Tibb baş idarəsinin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, onun əsasnaməsinin qəbul olunması, habelə Səhiyyə Nazirliyi tərəfindən məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin yeni siyahısının təsdiq edilməsi və təcrübədən irəli gələn digər məsələlər qeyd olunan sahədə normativ bazanın təkmilləşdirilməsini zəruri edir.

Bununla bağlı "Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın layihəsi hazırlanmış, sənəd nazirliyin aidiyyəti idarələrinin, habelə Ali Məhkəmə və Baş prokurorluğun təklifləri nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Layihədə məhkumların ilkin kliniki diaqnozunun müəyyənləşdirilməsi işinə aidiyyəti orqanların mütəxəssislərinin cəlb olunması,  şəhadətləndirmənin aparılması müddəti, müvafiq rəy alındıqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyətinin hərəkəti və s. barədə mütərəqqi mexanizmlər təsbit olunmuşdur.

Eyni zamanda məhkumların tibbi şəhadətləndirilməsini və digər vəzifələri həyata keçirən Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyası haqqında Əsasnamə layihəsi də hazırlanmışdır.

Kollegiya həmin sənədlərə baxıb onları məqbul bilir.

Göstərilənlərə, habelə "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə və Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. "Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları” təsdiq edilsin (Əlavə №1).

2. Bu Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 26.10.2010-cu ildə təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı” elan edilsin (Əlavə №2).

4. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyası haqqında Əsasnamə” təsdiq olunsun (Əlavə №3).

5. Ədliyyə Nazirliyi üzrə 2003-cü il 3 aprel tarixli, 3‑T nömrəli əmrlə təsdiq edilmiş "Psixi və sair ağır xəstəliklərə tutulmuş məhkumların şəhadətləndirilməsi və cəza çəkməkdən azad olunması üçün təqdim edilməsi Qaydası" (14.04.2003-cü il tarixli 2973 nömrəli şəhadətnamə)  ləğv edilsin.

 

 

Подзаконные акты | Просмотров: 445 | Загрузок: 313 | Добавил: Admin | Дата: 19.07.2012

13 iyul 2012-ci il                                                                                                     № 3-N

 "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq, habelə "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 324-IVQD nömrəli Qanununun tətbiqi barədə” dövlət başçısının 2012-ci il 8 may tarixli 2211 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə "AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

Подзаконные акты | Просмотров: 539 | Загрузок: 234 | Добавил: Admin | Дата: 19.07.2012

13 iyul 2012-ci il                                                                                                     № 6-N

 

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nda dəyişiklik edilməsi barədə

 

"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA  ALIR:

 

1. "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nın 2.4.1-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək hüququna malikdir.”.

 

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

 

3.  Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

               Fikrət Məmmədov


Подзаконные акты | Просмотров: 411 | Загрузок: 202 | Добавил: Admin | Дата: 19.07.2012

Акты об амнистии и помиловании | Просмотров: 790 | Загрузок: 249 | Добавил: Admin | Дата: 23.06.2012

Sorğuda göstərilmişdir ki, CM-in 46.2 və 46.3-cü maddələrinin tətbiqi zamanı məhkəmələr tərəfindən, bir qayda olaraq, qanunvericiliyin tələblərinə əməl olunsa da, təcrübədə bu məsələ ilə bağlı müəyyən çətinliklər yaranır.

 Belə ki, bəzən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında əsas cəza növü kimi nəzərdə tutulması əsas götürülərək həmin cəzanın növünün əlavə cəza kimi təyin edilməsi qeyri-mümkün hesab edilir. Bundan başqa sanksiyada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr bəzən onun təyin edilməməsinin motivlərini ittiham hökmündə əsaslandırmırlar. Bir sıra hallarda isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsi CM-in 46.3-cü maddəsi baxımından qeyri-mümkün hesab edilir.  

Решения Конституционного Суда | Просмотров: 437 | Загрузок: 227 | Добавил: Admin | Дата: 21.06.2012

Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət  Məcəlləsi) 66.5-ci maddəsində nəzərdə tutulan "hökm çıxarıldıqdan sonra”, "hökm çıxarılmazdan əvvəl” və "məhkumun” ifadələrinin mənasının açıqlanması baxımından həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs A.Muxtarov Xəzər rayon məhkəməsinin 26 yanvar 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinmiş, lakin barəsində həmin hökm qanuni qüvvəyə minənədək Cinayət Məcəlləsinin 178.2.2 və 132-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir.

Müraciətedənin fikrincə, məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin mənasına görə şəxsin məhkum sayılması üçün onun barəsində çıxarılmış ittiham hökmü qanuni qüvvəyə minməlidir.      

Решения Конституционного Суда | Просмотров: 402 | Загрузок: 255 | Добавил: Admin | Дата: 21.06.2012

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0