AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам

В разделе материалов: 163
Показано материалов: 61-70
Страницы: « 1 2 ... 5 6 7 8 9 ... 16 17 »

Sorğuverən hesab edir ki, CM-in 56.1.3-cü və CİM-in 114-cü maddələrində nəzərdə tutulan "xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının qadın məhkumlara şamil edilib-edilməməsi məsələsi hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Sorğuda göstərilir ki, cinayət mühakimə icraatı zamanı məhkəmələr tərəfindən cəzaçəkmə müəssisəsinin növü müəyyən edilərkən, CM-in və CİM-in qeyd olunan maddələrinin məhkum qadınlara münasibətdə tətbiqinin mümkünlüyünə dair müxtəlif yanaşmaların mövcudluğu vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Bəzən məhkəmələr CM-in 56.1.3-cü maddəsində nəzərdə tutulan "xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəasının məhz kişi məhkumlara aid olduğuna əsaslanaraq, qadın məhkumlara ciddi rejimli cəzaçəkmə müəssisəsi növünü yalnız cinayətlərin xüsusi təhlükəli residivi zamanı təyin edirlər. 

Решения Конституционного Суда | Просмотров: 384 | Загрузок: 208 | Добавил: Admin | Дата: 21.06.2012

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda mülki icraatda işdə iştirak edən şəxslərin kassasiya instansiyası məhkəməsinə buraxılması ilə əlaqədar məhkəmə təcrübəsində çətinliklərin yaranmasını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını  xahiş edir.
Решения Конституционного Суда | Просмотров: 634 | Загрузок: 0 | Добавил: Admin | Дата: 21.06.2012

Azərbaycan Respublikası Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 59.1.9-cu maddəsinin "könüllü gəlib təqsirini boynuna alma” müddəasının, həmin Məcəllənin 60-cı maddəsinin "bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəasının, törədilməsinə görə daha ciddi cəza növü olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər üzrə CM-in 60-cı maddəsinin tətbiq olunub-olunmamasının mümkünlüyünün şərh edilməsini xahiş etmişdir.
Решения Конституционного Суда | Просмотров: 336 | Загрузок: 307 | Добавил: Admin | Дата: 21.06.2012

15 Mart 2012 19:02 

Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2012-ci il tarixli sərəncamı ilə əfv olunmuş məhkumların siyahısı açıqlanıb. 

Lent.az AzərTac-a istinadən siyahını təqdim edir: 

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abbasov Hafiz Tovariş oğlu, 1956-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 20 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Abbasov Xanoğlan Ata oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayon məhkəməsinin 2010-cu il 17 may tarixli hökmü ilə məhkum edilmişdir.
Акты об амнистии и помиловании | Просмотров: 382 | Загрузок: 251 | Добавил: Admin | Дата: 28.05.2012

 

Əfv olunmuş şəxslərin adları açıqlandı - SİYAHI

15 Mart 2012 19:02 

Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2012-ci il tarixli sərəncamı ilə əfv olunmuş məhkumların siyahısı açıqlanıb. 

Lent.az AzərTac-a istinadən siyahını təqdim edir: 

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

Подзаконные акты | Просмотров: 479 | Загрузок: 0 | Добавил: Admin | Дата: 06.05.2012

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbi vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) ədliyyə orqanlarında qəbulu qaydasını müəyyən edir.

Подзаконные акты | Просмотров: 352 | Загрузок: 1 | Добавил: Admin | Дата: 06.05.2012

Наримановский районный суд города Баку обратился в Конституционный Суд Азербайджанской Республики (далее – Конституционный Суд) в связи с толкованием статьи 53.3 Уголовного Кодекса Азербайджанской Республики (далее - УК) относительно статьи 58.1 того же Кодекса, а также статьи 112.1 Кодекса об исполнении наказаний Азербайджанской Республики относительно статьи 56.1.1 УК.
Решения Конституционного Суда | Просмотров: 513 | Загрузок: 1 | Добавил: Admin | Дата: 05.05.2012

Azərbaycan Respublikası ədliyyə nazirinin 30 noyabr 2007-ci il tarixli 42-T nömrəli əmri ilə təsdiq edilmişdir                   

I. Ümumi müddəalar

1.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyi (bundan sonra–Müfəttişlik) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mərkəzi aparatının idarə səlahiyyətli müstəqil struktur qurumudur. 
2.  Müfəttişlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstıtusıyasını,  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri,  Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (bundan sonra-Nazirlik)  kollegiyasının qərarlarını, Nazirlik  üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur.
3.  Müfəttişlik fəaliyyətini Nazirliyin Penitensiar xidməti, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr  idarəsi, Nazirliyin sisteminə daxil olan digər qurumlar, aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə əlaqəli həyata keçirir.
4. Müfəttişlik müvafiq ştamplara malikdi.
Подзаконные акты | Просмотров: 430 | Загрузок: 358 | Добавил: Admin | Дата: 01.04.2012

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

Подзаконные акты | Просмотров: 389 | Загрузок: 270 | Добавил: Admin | Дата: 27.12.2011

 AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 1. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza  növlərinə qarşı 10 dekabr 1984-cü il tarixli Konvensiyasına qoşulsun.

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV

 Bakı şəhəri, 31 may 1996-cı il

                № 103-IQ

Законы | Просмотров: 493 | Загрузок: 205 | Добавил: Admin | Дата: 26.10.2011

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0