AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Подзаконные акты

В категории материалов: 86
Показано материалов: 11-20
Страницы: « 1 2 3 4 ... 8 9 »

Сортировать по: Дате · Названию · Рейтингу · Комментариям · Загрузкам · Просмотрам


 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

İstintaq təcridxanaları və həbsxanalarda həbs edilmiş şəxslərin və məhkumların qeydiyyatı işinin təşkili barədə

Təlimat

1. Ümumi müddəalar

1.1 Bu Təlimat, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin və həbsxanada cəza çəkən məhkumların saxlanılması ilə bağlı olan sənədlərin tərtibi və uçotu məsələləri üzrə istintaq təcridxanalarının və həbsxanaların qeydiyyat qurumlarının fəaliyyətini tənzimləyir.

1.2. İstintaq təcridxanalarının (həbsxanaların) qeydiyyat qurumları:

1.2.1. istintaq təcridxanalarında (həbsxanalarda) saxlanılan şəxslərin fərdi və say uçotunu aparır, onların yerdəyişmələri üzərində nəzarəti həyata keçirirlər;

Подзаконные акты | Просмотров: 548 | Загрузок: 147 | Добавил: Admin | Дата: 28.03.2013

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI

30 avqust 2012-ci il                                                                                            № 16-N

"Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə, habelə "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya 

QƏRARA ALIR:

 1. "Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Ədliyyə Nazirliyi üzrə 2010-cu il 20 dekabr tarixli 21‑T nömrəli əmrin 2.1-ci bəndi ləğv edilsin.
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
 
 Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə     Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 430 | Загрузок: 296 | Добавил: Admin | Дата: 28.03.2013

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
 KOLLEGİYA QƏRARI
29 dekabr 2012-ci il      № 31-N

"Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

QƏRARA ALIR:
 
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
 1. "Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. "Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”nin təsdiq edilməsi barədə” nazirlik üzrə 2002-ci il 7 dekabr tarixli 35 ‑ T nömrəli əmr (29.12.2002-ci il tarixli 2947 nömrəli Şəhadətnamə) və "Təqsirləndirilən şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2009-cu il 29 mart tarixli 11‑T nömrəli əmr (15.05.2009-cu il tarixli 3447 nömrəli Şəhadətnamə) ləğv edilsin.
3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.


 Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 468 | Загрузок: 0 | Добавил: Admin | Дата: 28.03.2013

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ 

KOLLEGİYA QƏRARI

 29 dekabr 2012-ci il                                                                                               № 32-N

 "Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə

 "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 QƏRARA ALIR:

 1. "Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. "Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yemək qəbul etməkdən imtina edən məhkumların, həbsə alınmış şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2004-cü il 2 fevral tarixli 2-T nömrəli əmr (19.02.2004-cü il tarixli 3033 nömrəli Şəhadətnamə) ləğv edilsin.

3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri 

 

 

Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 428 | Загрузок: 272 | Добавил: Admin | Дата: 28.03.2013

NAZİRLƏR KABİNETİ 

Qərar № 256, 04/12/2006 il


Подзаконные акты | Просмотров: 361 | Загрузок: 89 | Добавил: Admin | Дата: 06.11.2012

1. Bu Təlimat, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin və həbsxanada cəza çəkən məhkumların saxlanılması ilə bağlı olan sənədlərin tərtibi və uçotu məsələləri üzrə istintaq təcridxanalarının və həbsxanaların xüsusi hissələrinin fəaliyyətini tənzimləyir.

Подзаконные акты | Просмотров: 385 | Загрузок: 336 | Добавил: Admin | Дата: 05.08.2012

1.1. Bu Təlimat Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulan. habelə həbs edilən şəxslərin polis orqanlarının tərkibində, Daxili İşlər Nazirinin təklifi əsasında Nazirlər Kabinetinin və icra hakimiyyətinin sərəncamı ilə yaradılan müvəqqəti saxlama təcridxanasında* saxlanması, mühafizəsi və müşayiət olunması qaydalarını, habelə təcridxana əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edir. *Qeyd : Bundan sonra "müvəqqəti saxlama təcridxanası" - "MST' adlandırılacaq.

Подзаконные акты | Просмотров: 418 | Загрузок: 453 | Добавил: Admin | Дата: 05.08.2012

1.1. Bu Qaydalar, polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında şübhəli və təqsirləndirilən şəxslərin saxlama rejimini, onların hüquqlarının təmin olunması və vəzifələrinin yerinə yetirilməsi, habelə saxlanılma şəraitinin təmin olunması qaydalarını müəyyən edir. Müvəqqəti saxlama təcridxanasının əməkdaşları, digər vəzifəli, habelə şübhəli və təqsirləndirilən şəxslər tərəfindən bu Qaydalara riayət olunmalıdır.

Подзаконные акты | Просмотров: 426 | Загрузок: 290 | Добавил: Admin | Дата: 05.08.2012

Azərbaycan Respublikasında hüquqi islahatların aparılması, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin təkmilləşdirilməsi, qarışıq rejimli islah-əmək müəssisələrinin yaradılması, islah-əmək müəssisələrində və istintaq təcridxanalarında saxlanılma şəraitinin və tibbi xidmətin yaxşılaşdırılması, qanunvericilik, təşkilati və digər tədbirlərin həyata keçirilməsi məqsədilə qərara alıram:
Подзаконные акты | Просмотров: 390 | Загрузок: 259 | Добавил: Admin | Дата: 05.08.2012

Azərbaycan Respublikasında vahid islah-əmək siyasətinin həyata keçirilməsi və istintaq təcridxanalarının fəaliyyətinin Avropa Şurasının standartlarına uyğunlaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən 1 və 3 saylı, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanaları 1999-cu il noyabrın 1-dək bütün ştat vahidləri və balanslarında olan əmlakla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilsin.

Подзаконные акты | Просмотров: 367 | Загрузок: 260 | Добавил: Admin | Дата: 05.08.2012

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0